Icma.az
close
up
RU
Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, görüşlər zamanı Azərbaycan-Vyetnam münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Siyasi dialoqun gücləndirilməsinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin yaxın gələcəkdə davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Prezident To Lam ilə görüşdə Vyetnam rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya səmimi salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib. O, 2025-ci ilin may ayında Bakıya dövlət səfəri zamanı Azərbaycan Prezidenti və xanımı tərəfindən göstərilmiş yüksək qonaqpərvərliyi və aparılmış məzmunlu fikir mübadilələrini minnətdarlıqla xatırladıb. Həmçinin dost ölkə olan Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətləri, ölkəmizin regional və beynəlxalq nüfuzunun getdikcə artmasını, eləcə də AQEM-in 7-ci Zirvə görüşünə uğurla ev sahibliyi etməsini yüksək qiymətləndirib.

Həmsöhbətlər Azərbaycan-Vyetnam dostluq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu qeyd ediblər. Bu xüsusda, 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ulu Öndər Heydər Əliyevin Vyetnama səfərlərinin iki xalq arasında dostluq əlaqələrinin inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Sanın isə 2015-ci ildə Azərbaycana səfərlərinin iqtisadi-ticarət əlaqələrinin inkişafına əhəmiyyətli təkan verdiyi bildirilib.

İkitərəfli gündəliyin əsas məsələlərindən biri olan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda Prezident To Lamın 2025-ci ildə Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanatın ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyi vurğulanıb. Tərəflər gələn il Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını nəzərə alaraq, bu əlamətdar tarix münasibətilə birgə tədbirlərin təşkili və yüksək səviyyəli dialoqun davam etdirilməsi istiqamətində səylərin artırılmasının vacibliyini qeyd ediblər.

Danışıqlar zamanı ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələləri də müzakirə olunub. Xüsusilə neft-qaz, bərpa olunan enerji, təhsil, nəqliyyat, müdafiə sənayesi, təhlükəsizlik və logistika sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib, bu baxımdan iki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsinin və qarşılıqlı investisiyaların təşviqinin vacibliyi vurğulanıb.

Görüşlərdə, həmçinin parlamentlərarası əməkdaşlığın davam etdirilməsinin, o cümlədən parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları arasında əlaqələrin və parlament üzvlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub.

E.Əmirbəyov görüşlər zamanı həmsöhbətlərini Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar, Cənubi Qafqazda dayanıqlı və dönməz sülhün təmin edilməsi üçün zəruri şərtlər, Azərbaycanın gözləntiləri və bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət barədə məlumatlandırıb. Vyetnam tərəfi normallaşma prosesində əldə olunmuş irəliləyişi müsbət qiymətləndirərək, regionda davamlı sülhün təmin edilməsinə dəstəyini ifadə edib.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində görülən tədbirlər barədə məlumat verib və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Oktyabr 2026 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri