“Biz özümüz də vaxtilə Heydər Əliyevə qarşı müxalifətdə olanlar...”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Azərbaycanda yeniləşən insanlar tariximizdə elə də çox deyil. Hər dəfə cəmiyyətimizdə hansısa yeniçilik amilləri görəndə dönüb yenidən Mirzə Fətəli Axundovu xatırlayırıq. Yeniləşən insanların içində müstəsna yeri olan tarixi şəxsiyyət Heydər Əliyevdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirdiyi xüsusi iclasında bildirib.
“Biz bu gün 44 günlük savaşdan geri dönəndə bu proseslərin hamısının mənbəyində Heydər Əliyevin hansısa atdığı təməli görə bilirik. Bizim özümüz də - vaxtilə Heydər Əliyevə qarşı müxalifətdə olan insanlar belə bu yeniləşmiş baxışı qəbul elədilər. Səmimi şəkildə Azərbaycan dövlətinin o dönəmində həqiqətən onun gördüyü müstəsna işləri dərk etmiş olduq”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, 1994-cü ildə neft siyasəti ilə Azərbaycan cəmiyyətinin, dövlətinin qorunması məsələsi həll edildi: “30 il sonra Zelenski gecikmiş şəkildə ölkənin mümkün sərvətləri ilə müstəqilliyi və təhlükəsizliyi qorumağın yollarını axtarır. Tarixi müqayisə onu göstərir ki, haradasa 30 il gecikmə hansısa dövlətin müstəqilliyini itirməyə qədər gətirib çıxara biləcək prosesləri körükləyir”.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 08 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















