Icma.az
close
up
RU
Xocalı, sənə ədaləti biz özümüz gətirdik!

Xocalı, sənə ədaləti biz özümüz gətirdik!

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xocalıya yenə köç gəlir. Tarixin ən amansız soyqırımı aktlarından birinə şahidlik etmiş, yandırılmış, dağıdılmış, bir gecədə yüzlərlə sakini qətlə yetirilmiş və azadlığına qovuşduqdan sonra külündən doğulan, yenidən qurulan Xocalının mərkəzi meydanında əməlli-başlı qələbəlik var.

“Şəhid şəhər”in bir ilə yaxındır burada daimi məskunlaşmış ilk sakinləri, Azərbaycan Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, qeyd olunan ərazilər üzrə Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, jurnalistlər böyük sevinc və coşqu ilə yeni köç karvanını qarşılamağa hazırlaşırlar.

Əlbəttə, işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın hər anı şanlı tariximizin zəfər səlnamalərinin davamı kimi mühüm əhəmiyyət daşıyır. Ancaq aprelin 28-də reallaşan bugünkü köç digərlərindən fərqlənir. Çünki hər dəfə sevinclə, sevgiylə öz doğma sakinlərinə qucaq açdıqca Xocalının da unudulmayacaq dərdləri azalır, yaraları sağalır, şəhidlərinin ruhları əbədi dinclik tapır. Çox şükür, bu qədim yurdumuz yenidən qayğısız, xoşbəxt günlərinə dönür...

Hamı səbirsizliklə köç karvanını gözləyir. Məlumat alırıq ki, maşınlar Ağdamı keçməkdədir. Fürsətdən istifadə edib Xocalı sakini, dəhşətli soyqırımı gecəsinin də, şəhərin yenidən qurulmasının da şahidi və iştirakçısı Sovet Allahverdiyevlə söhbətləşirik. Sovet müəllimi çoxdan tanıyıram. Məcburi köçkünlük illərində Xocalı rayonunda müxtəlif vəzifələrdə çalışıb. Həmişə də həmyerlilərinin qayğılarıyla maraqlanıb, onların dərd-sərlərinə şərik olub. Rəşadətli orsumuzun 2023-cü il sentyabrın 19–20-də Qarabağda erməni separatçılarına qarşı keçirdikləri lokal antiterror tədbirlərindən az sonra burada işləmək, başlanan bərpa-quruculuq işlərində iştirak etmək məqsədilə Xocalıya gəlib. Həmin ilin oktyabrından doğma yurdunda yaşayır, bir neçə ay əvvəl isə öz evinə yığışıb. Bildirdi ki, evi yenidən bərpa edilib, içərisində hər cür şərait yaradılıb:

– Xocalının hər qarışına bələd olduğum üçün şəhərdə bərpa-quruculuq prosesi başlayanda məni də məsləhətçi kimi dəvət etdilər. Salamat qalmış evlərin kimə məxsus olması, yandırılmış və ya tamamilə dağıdılmış evlərin yerləri haqqında məlumat verirdim. Məsələn, bax, bu qarşımızdakı 4 tikilinin yerində vaxtilə evlər vardı (əlilə yaxınlıqdakı yan-yana, əhalinin məşulluğunu və peşə ixtisasına yiyələnməsini təmin etmək məqsədilə təmir olunmuş binaları göstərir – M.R.), ermənilər kürüyüb hərbi obyektlər tikmişdilər...

Yenidən Xocalıda yaşamaq, burada işləmək böyük xoşbəxtlikdir. Hərdən elə bilirəm şirin yuxudayam. Əhali qayıtdıqca Xocalı da dirçəlir. Günahsız insanların qanı ilə suvarılmış bu torpaqlarda yeni, daha gözəl şəhərin salınması şəhidlərimizin ruhuna ən böyük ehtiramdır!

Söhbətimiz yarımçıq qalır. Budur, 137 nəfərdən ibarət 33 ailəni həsrətin, acıların, məcburi köçkünlüyün bitdiyi müqəddəs yurda daşıyan köç karvanı Xocalıya çatır və bununla da şəhərdə daimi məskunlaşacaq sakinlərin sayı 341 nəfər çatır.

Möhtəşəm qələbələrimizin memarı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hər köçdə olduğu kimi, xocalılıların da rahat, təhlükəsiz qayıdışı üçün bütün tədbirləri görüb. Köç karvanını polis və səhiyyə işçiləri müşayiət edir. Avtomobillər dayanır, Xocalının sakinləri illər boyu arzuladıqları torpağa qədəm basırlar – bir qismi yenidən, bir qismi ilk dəfə.

Gözlənildiyi kimi, sevinclə kədər bir-birinə qarışır, vaxtilə min-bir müsibətlə tərk etməli olduqları, bir gecədə neçə-neçə əzizlərini, yaxınlarını itirdikləri Xocalıya dönənlər göz yaşlarına hakim ola bilmirlər. Sanki Xocalı da bu duyğuları qarşılıqsız buraxmır, göydən yaz yağışı çiləyir. Ancaq hər kəsin çöhrəsində sözlə ifadə edilə bilməyəcək qürur var. Uşaqlı-böyüklü hamı qalib ölkənin vətəndaşı olmağın qürurunu yaşayır.

Elə sakinlərə yeni evlərinin açarlarının təqdim edilməsi mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli də bu günün tarixi və qürurverici gün olduğunu dedi. Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində doğma torpaqlarımıza geri dönüşümüz reallığa çevrilir. Bu təkcə ata-baba yurduna qayıdan ailələr üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük sevinc və qürurdur. Çünki Xocalının dirçəlişi, burda həyatın yenidən canlanması, bir zamanlar işğal altında olan torpaqlarımızda bu gün üçrəngli bayrağımızın dalğalanması dövlətimizin gücünün və xalqımızın əzminin bariz nümunəsidir. Bugünkü köç təkcə bir köç deyil, həm də yenidən qurulan, çiçəklənən Xocalının başlanğıcıdır.

T.Kərimli dövlətimizin bundan sonra da xocalılıların yanında olacağını, onların sosial qayğılarının və məşğulluq məsələlərinin diqqətdə saxlanılacağını da sakinlərin diqqətinə çatdırdı.

Adlar səsləndi, evlərin açarları sahiblərinə təqdim edildi. Daha sonra məcburi köçkünlük həyatı rəsmi olaraq sona çatan xocalılılar yeni evlərində yerləşməyə başladılar. Biz də “Xalq Qəzeti” olaraq sakinləri təbrik edənlər sırasına qoşulduq, onların bir neçəsindən hansı hisslər keçirdiyini soruşduq. Həmsöhbət olduğumuz Kəmalə İsmayılova iki övladı ilə Xocalıya ilk dəfədir gəldiyini dedi:

– Xocalı faciəsi baş verəndən bir il sonra, məcburi köçkün kimi doğulmuşam. Bu günə qədər Xocalını görməmişdim, ancaq o qanlı gecə haqqında danışılanlar, izlədiyimiz dəhşətli kadrlar elə balacalığımdan ürəyimdə bir nisgilə çevrilmişdi. Oğlum da, qızım da Xocalı sevgisi ilə böyüyürlər. İndiyə qədər biz bu hissləri uzaqdan-uzağa yaşayırdıq, bu gündən sonra isə Xocalının özündə yaşayacağıq. Çox qürurluyam. Maşından düşüb yerə ayaq basandan bu torpağa bağlılıq, qəribə duyğular doldu qəlbimə. Uşaqlarım da sevinirlər, çatandan sağa-sola qaçır, oynayırlar. Başda möhtərəm Prezidentimiz olmaqla bu günü bizə bəxş edənənlərə sonsuz minnətdarlığımı bildirirəm!

Faciə gecəsi şəhid olmuş həyat yoldaşının xatirəsinə Nişanə adı qoyduğu qızı, babasının şəklini bağrına basmış nəvəsi Nurayla bir qərinəlik həsrətdən sonra Xocalıya qayıdan Fitat Məmmədova da yaşadığı bütün ağrı-acılara rəğmən bu gün sevinc və qürur içində olduğunu bildirdi:

– Xocalıda doğulub-böyümüşəm. Soyqırımı törədilən zaman erməni vəhşiliyinin acılarını ən ağır şəkildə yaşamışam. Mən o gecədə həyat yoldaşımı, qardaşlarımı, daha neşə əzizlərimi itirmişəm. Ancaq bütün acılar keçmişdə qaldı. Mən bu gün çox xoşbəxtəm ki, qızım, nəvələrim şəhidlərimin qanı tökülən torpağa qayıdaraq öz evimizdə yaşayacaq, babalarının ocağını yandıracaqlar. Bu, mənim üçün ən böyük təsəllidir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Heç zaman unutmayacağımız bu gözəl anlar üçün dövlətimizə, möhtərəm cənab Prezidentimizə minnətdaram! Bu xoşbəxtliyi bizə qismət edən Allaha şükürlər olsun!

Amin! Xocalının əzəli, əbədi sakinləri ilə vidalaşarkən biz də onların arzularına, dualarına qoşulur, “doğma yurdunuza xoş gəldiniz, əziz xocalılılar!” deyirik!

Bu gün Xocalının gülən gözləri ölkəmizə sevinc saçır!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xocalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri