Icma.az
close
up
RU
Biz üçüncü dünya savaşı astanasındayıq, Qərb buna hazır deyil The Wall Street Journal

Biz üçüncü dünya savaşı astanasındayıq, Qərb buna hazır deyil The Wall Street Journal

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qərb tələyə düşüb, yeni avtokratlar alyansının miqyasını və özü üçün strateji əhəmiyyətini lazımınca dəyərləndirməyib..."

Bəlkə də üçüncü dünya savaşı artıq başlayıb, amma bəşəriyyət bunu hələ dərk etmir.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Biz üçüncü dünya savaşı astanasındayıq. Ukraynada münaqişənin kəskinləşməsi, Yaxın Şərqdə çoxsaylı münaqişələr və Şərqi Asiyada getdikcə güclənın gərginlik qlobal münaqişənin və ya onun ilk mərhələsinin qaranquşlarıdır.

"Dünya qlobal qarşıdurma dövrünə qədəm qoyur. Bu gün baş verən zorakılıq göstərir ki, söhbət təkbaşına həll edilə biləcək ayrı-ayrı münaqişələrdən getmir. Bu, dünya düzənini dağıtmağın yeganə cəhdidir və biz buna mane olmaq üçün əlimizdən gələni etməliyik", - bunu Çexiya xarici ilər naziri Yan Lapovski bu yaxınlarda Şimali Koreya qoşunlarının Rusiya-Ukrayna cəbhəsinə göndərilməsini şərh edərkən bəyan edib.

Nəşr qeyd edir ki, hələ on il öncə Rusiya və Çin kimi ölkələr ABŞ və Avtopa İttifaqı ilə birlikdə İran və Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib. Lakin hazırda o zamandan fərqli olaraq bu ölkələr Qərb dünyasına qarşı fəaliyyət göstərən avtokratlar alyansı yaradıb.

Müəlliflərin fikrincə, 2014-cü il dönüş məqamı olub, o zaman Qərb Krımın Rusiya tərəfindən ilhaqına və Donbasın bir hissəsinin işğalına lazımınca cavab verməyib. Artıq 2015-ci ildə Rusiya və İran birlikdə Suriyada Bəşər Əsəd rejiminə dəstək verməyə başlayıb.

2022-ci ildə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Moskva, Pekin, Tehran və Pxenyan arasında alyansın yaradılmasına səbəb olub, burada Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirmək üçün öz tərəfdaşlarından hərbi və iqtisadi yardım alır. Qərbin laqeydliyi və ya bu ittifaqa mane olmaq iqtidarında olmaması bu alyansın yalnız möhkəmlənməsinə kömək edib.

"Böyük dövlətlər arasında rəqabət sürətlənir və dünyanı parçalayır. Biz, ehtimal ki, üçüncü dünya savaşının astanasındayıq. Hazırda biz Rusiyanın Ukrayna ilə müharibəsinin, Qəzzada münaqişənin nəticələrini görürük, Suriya isə böyük oyunun, sadəcə, daha bir elementidir. Bunun böyük fəlakətə çevrilməsinə imkan verməmək üçün biz çox ehtiyatlı olmalıyıq", - bu barədə Pekin Analitik Mərkəzinin prezidenti Van Huyyayo xəbərdarlıq edib.

Nəşr qeyd edir ki, son zamanlar "soyuq müharibə" dönəmindən bəri mövcud olan ən vacib tabular pozulub. Məsələn, Amerikanın ATACMS raketlərindən indi Ukrayna qüvvələri Rusiya ərazisinə zərbələr üçün istifadə edir.

2022-ci ildən Rusiya fəal şəkildə nüvə şantajı taktikasından istifadə edərək, ABŞ və müttəfiqlərini Ukraynaya dəstəyinə son qoyulması üçün qorxutmağa cəhd edir. Eyni zamanda Rusiya agentləri bütün Avropa boyunca zorakılıq kampaniyası apararaq misli görünməyən səviyyədə hərbi və sənaye obyektlərinə hücumlar edir.

Nəşrin fikrincə, qlobal qarşıdurmanın əsas hərəkətverici qüvvələri Rusiya və Çinin ambisiyalarıdır. Bu ölkələr özlərinin əski imperiya şöhrətinu bərpa etməyə və öz təsir dairələrini genişləndirməyə can atır. İlk növbədə onlar Ukrayna və Tayvan üzərində nəzarəti geri qaytarmağa can atır, bu da beynəlxalq düzən üçün ciddi təhlükə törədir. 

Hələlik avtokratiyalar fəal surətdə və ahəngdar hərəkət edir, Qərb isə, hər şeydən göründüyü kimi, parçalanma həddindədir. Seçkilərdə qalib gələn Donald Tramp artıq ABŞ-ın iqtisadi və siyasi özünütəcrid siyasətini anons edib.

"Görsənir ki, bu gün avtokratiyalar demokratik ölkələrə nisbətən daha sıx birləşib. Biz bu iki düşərgə arasında mübarizə ilə qarşı-qarşıyıq və hazırda avtokratiyalar qalib durumdadır", - bunu Niderlandın müdafiə naziri general Onno Ayhelshaym qeyd edib.

Ekspertlərin fikrincə, Qərb Rusiya, Çin, İran və Şimali Koreyadan ibarət alyansın gücünü və strateji rolunu lazımınca qiymətləndirməyib. Bundan öncə də belə davranış fəlakətli nəticələrə səbəb olub, ikinci dünya savaşı buna sübutdur.

"Biz, mümkündür ki, bu yeni ittifaqın miqyasını və bizim üçün strateji əhəmiyyətini lazımınca dəyərləndirməmişik. Biz tələyə düşmüşük, çünki hər bir ölkəni ayrıca nəzərdən keçirmişik, onların qarşılıqlı əlaqəsi və ümumi məqsədlərini görəməmişik", - bunu Avstraliya kəşfiyyatının rəhbəri Endrü Şirer deyib.

Bu gün ABŞ daha keçmişdə olduğu sənaye gücünə malik deyil. Amerika artıq Ukrayna və İsraili zəruri vasitələrlə təmin edə bilmir, hərçənd, bu münaqişələrin miqyası müxtəlifdir. Milli müdafiə strategiyası üzrə Komissiyanın hesabatına görə, Çin ABŞ-ı hərbi istehsalda üstələyir, Amerikanın müdafiə sənayesi bazası nə ABŞ-ın özünü, nə də onun müttəfiqlərinin tələbatlarını ödəyə bilmir.

Analitiklər hesablayıb ki, Ukraynanın məğlubiyyəti Qərbə Kiyevə indiki dəstəkdən dəfələrlə baha başa gələ bilər. Rusiyanın qalib gələcəyi təqdirdə Qərb növbəti beş ildə müdafiəyə büdcədə nəzərdə tutulduğundan 808 milyard dollar artıq xərcləmək zərurəti ilə üzləşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see144

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri