Icma.az
close
up
RU
“BİZ UDUZDUQ, SƏHV ETDİK, RUSİYA ÜÇÜN RÜSVAYÇILIQDIR...” Putinin ideoloqu Vaşinqton görüşündən niyə məyus olub?

“BİZ UDUZDUQ, SƏHV ETDİK, RUSİYA ÜÇÜN RÜSVAYÇILIQDIR...” Putinin ideoloqu Vaşinqton görüşündən niyə məyus olub?

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyalı filosof Aleksandr Duqin Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sülh müqaviləsinə görə ölkəsinin xarici siyasətinin başında duranları kəskin tənqid edib.

“AzPolitika” xəbər verir ki, o, “insanların Cənubi Qafqazda bizim siyasətimizin tam uğursuzluğuna görə heç bir cəza almadan qalması alçaldıcıdır” – deyə yerli mediaya bildirib.

Duqin vurğulayıb: “Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan sülh müqaviləsi bizim əzəmətimizin, post-sovet məkanında heç nəyi nəzarətdə saxlaya bilməməyimizin göstəricisidir. Bu ağrı, bu təhqir, bu hər birimizə, hər bir rus insanına vurulan tərs zərbədir.”

Filosof əlavə edib ki, “Əliyev və Paşinyanın Vaşinqtonda görüşü və sənədləri imzalaması Rusiya üçün böyük bir rüsvayçılıqdır və məhz belə qəbul edilməlidir.” 

Duqin deyib: “Biz uduzduq, səhv etdik, regionla işi tamamilə yanlış insanlara etibar etdik. Başqa cür izah edilə bilməz.”

O, həmçinin qeyd edib ki, “əgər biz bu məğlubiyyəti məğlubiyyət kimi qəbul etməsək, suveren dövlət-sivilizasiya olmaqdan çıxarıq.” 

Duqin ədalətin bərpası və bu uğursuzluğa səbəb olanların cəzalandırılmasının vacibliyini vurğulayıb: "Günahkarlar cəzalandırılmazsa, xalq olaraq dəyərimizi itirəcəyik,”

“Artıq bu işin sonu olmalıdır” – deyən Duqin bildirib ki, məsuliyyət daşıyan şəxslərlə yanaşı, diasporalar və xarici lobbiçilər də məsuliyyətə cəlb edilməlidir. O, Rusiya imperiyası kimi qalmaqla Vaşinqtonda yaşananlar kimi alçaldıcı nəticələrə layiq olmaq arasında seçim etməyin vaxtının çatdığını deyib.

Duqin fikrini belə yekunlaşdırıb: “Biz böyük xalqıq, amma əgər məğlubiyyəti məğlubiyyət, xəyanəti xəyanət, alçaltmanı alçaltma kimi qəbul etməsək, bizim heç bir dəyərimiz yoxdur.”

Görünür, Duqin kimi imperiya ambisiyaları ilə alışıb-yanan filosoflar regiondakı yeni reallıqları ya görməzdən gəlir, ya da qəbul etmək istəmirlər. Filosof unudur ki, indi nə Rusiya həmin Rusiyadır, nə də Cənubi Qafqaz onun “arxa baxçasıdır”. Azərbaycan–Türkiyə tandemi artıq xeyli vaxtdır bölgədə yeni güc balansı yaradıb və Duqinin Rusiyası öz mövqelərini sürətlə itirərək regionu tərk etmək üzrədir. Hələ qarşıda imperiya ambisiyalı “ziyalıları” təəccübləndirəcək, hiddətləndirəcək çox hadisələr olacaq. Amma qorxunun əcələ faydası yoxdur – Rusiya öz əkdiklərini biçir və nəticə onun üçün ədalətli olacaq.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Avqust 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri