Yuxusuzluğun müalicəsinə kömək edən zülal aşkarlanıb
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İsrailli alimlər SIRT6 adlı mühüm zülal aşkar ediblər.
Oxu.Az "IThome" nəşrinə istinadən xəbər verir ki, bu zülal beynin fəaliyyətində əsas rol oynayır və yuxusuzluq, depressiya, eləcə də yaşla bağlı yaddaş pozuntularının müalicəsi üçün yeni üsulların hazırlanmasına kömək edə bilər.
Tədqiqatın mərkəzində triptofan adlı aminturşu dayanır. Triptofan qida vasitəsilə orqanizmə daxil olur və serotonin və melatonin hormonlarının sintezi üçün vacibdir. Serotonin əhval-ruhiyyəyə və öyrənmə qabiliyyətinə təsir göstərir, melatonin isə yuxunu və bioloji ritmləri tənzimləyir.
Lakin triptofan başqa bir yolla da parçalana bilər - kinurenin yolu ilə. Bu halda sinir hüceyrələri üçün zərərli maddələr yaranır. Alimlər müəyyən ediblər ki, SIRT6 zülalı "tənzimləyici" rolunu oynayaraq, serotonin və melatoninin yaranmasına kömək edir.
Yaş artdıqca və bəzi xəstəliklər zamanı SIRT6-nın aktivliyi azalır. Nəticədə faydalı maddələrin miqdarı azalır, toksik birləşmələrin səviyyəsi isə artır ki, bu da yuxu, əhvali-ruhiyyə və düşünmə qabiliyyəti ilə bağlı problemlərə səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 29 Dekabr 2025 07:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















