Icma.az
close
up
RU
Biz Xüsusi Təyinatlı Qüvvələrlə fəxr edirik! MÜNASİBƏT BİLDİRİLDİ

Biz Xüsusi Təyinatlı Qüvvələrlə fəxr edirik! MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət ordu quruculuğunda çox böyük nailiyyətlər əldə edilib. Bu nailiyyətlərdən biridə 1999-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin yaradılması idi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Azərbaycanda ordu quruculuğunda hərbi təlim-təhsil akademiyaların, hərbi məktəbin, 1971-ci ildə isə hərbi qanunvericilik bazasının yaranmasını təmin etdi: "Müasir orduda ən əsas rol oynayan Xüsusi Təyinatlı Qüvvələrin yaradılması ilə bağlı qərar verdi. Xüsusi Təyinatlı Qüvvələr Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan xalqının fəxridir. Azərbaycan xalqı onlarla fəxr edir.

44 günlük Vətən müharibəsində çox şücaətlər göstərdilər. Şuşanın, Hadrutun, o cümlədən Azərbaycan ərazilərinin işğaldan azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstəriblər. Düşmənə çox böyük itkilər verməklə torpaqlarımızın işğaldan azad edilməsində müstəsna xidmətləri var.

Cənab Prezident İlham Əliyev, Azərbaycan xalqı Xüsusi Təyinatlılarla fəxr edir. Xüsusi Təyinatlı Qüvvələr həmçinin düşmənlərimizin qorxulu rüyasıdır. Dünyada keçirilən bir çox yarışlarda Xüsusi Təyinatlılar böyük qələbələr və zəfərlər əldə edib. Həmin təlimlərdə hər zaman birinci yerləri əldə ediblər. Buna görə də biz böyük qürur hissi keçirdirik.

Xüsusi Təyinatlılar Şuşaya üçrəngli bayrağımızı sancıblar. Xüsusi Təyinatlıların komandanı, indiki Azərbaycan Respublikasının Müdafiə Nazirinin müavini, Quru Qoşunlar komandanı, general-polkovnik Hikmət Mirzəyev başda olmaqla, bu qoşunların zabit və gizirlərinin çox böyük xidməti var".

Hərbi ekspert qeyd edir ki, bu qoşunlar ən ağır şərtlərdə yaradılıb: "Ağır döyüş yolları keçib və çox böyük təcrübələr toplayıb. Xüsusi Təyinatlı Qüvvələrə həm fiziki, həm də mənəvi cəhətdən seçmə şəxslər təyin edilir. Xüsusi Təyinatlı olmaq çox çətindir. Bu peşəyə yiyələnmək, əzm, cəsarət və cəsurluq tələb edir.

Vətən müharibəsində ən çox yüksək medalları məhz Xüsusi Təyinatlıların əməkdaşları almışdılar. Cənab Prezident onları vətən müharibəsi qəhrəmanı, Zəfər, Qarabağ, ayrı-ayrı rayonların azad edilməsi uğrunda medallar, rəşadət, Azərbaycan bayrağı ordenləri ilə təltif edib.

Xüsusi Təyinatlılarla biz hamımız qürur duyuruq. Onlar bizim fəxrimizdir. Bununla yanaşı Xüsusi Təyinatlıların qaziləri də xüsusi fəaliyyət göstərir. Daimi şəkildə məktəblərdə, universitetlərdə, tvlərdə onlar üçün tədbirlər keçirilir. Mən hər il onların Türkiyəyə səfərlərini təşkil edirəm. Onlar Türkiyədəki qazilərlə birgə tədbirlərdə iştirak ediblər. Türkiyə ictimaiyyəti onlarla böyük fəxarət hissi duyurdu".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Aprel 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri