Icma.az
close
up
RU
Biz yaradıcı və perspektivli bir yanaşma ilə bölgənin inkişafına töhfə veririk ŞƏRH EDİLDİ

Biz yaradıcı və perspektivli bir yanaşma ilə bölgənin inkişafına töhfə veririk ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Prezidentin son bölgə səfəri – Ağdam və Şuşaya etdiyi səfərlər, əlbəttə ki, planlı şəkildə həyata keçirilən səfərlərdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, dövlət başçısı bu ərazilərdə aparılan quruculuq və bərpa işlərini, kommunikasiya infrastrukturunun yaradılmasını daim nəzarətdə saxlayır: "Ümumiyyətlə, regionun dirçəlişi çox mürəkkəb və mərhələli şəkildə həyata keçirilir. Burada dəqiqlik, sabit və etibarlı əlaqələndirmə, eləcə də, nəzarət mütləqdir.

Cənab Prezident dövlət başçısı kimi bütün prosesləri şəxsən nəzarətdə saxlayır, eyni zamanda müvafiq tövsiyələrini verir. Bəzən görülən işlər zamanı dəyişikliklərə ehtiyac yaranır və ya əvvəldən nəzərdə tutulmayan fors-major halları ortaya çıxır. Prezident bu kimi halları nəzərə alaraq öz təcrübəsini ustalıqla tətbiq edir – həm məlumatlılıq fonu yaradır, həm də bölgəyə səfərləri zamanı yerli əhali, memarlar, texnoloqlar, mühəndislər və digər mütəxəssislərlə görüşlər keçirir. Bu görüşlər vasitəsilə ictimaiyyət bölgədəki real vəziyyətlə əyani şəkildə tanış olur. Mətbuat və televiziya vasitəsilə bu proseslər cəmiyyətə çatdırılır.

Bölgədə həyata keçirilən layihələr və işlər demək olar ki, ümumxalq səviyyəsində reallaşdırılır. Buna görə də Prezidentin bu məsələlərə münasibəti xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, biz bu proseslərlə dünya ictimaiyyətinə nümayiş etdiririk ki, Azərbaycan Ermənistanla müqayisədə sivil, qurucu və beynəlxalq hüquqa hörmət edən dövlətdir. Ermənistan 28 il ərzində işğal etdiyi torpaqlarımızda hər şeyi dağıtdı, yerlə-yeksan etdi. Azərbaycan isə qısa müddət ərzində həmin ərazilərdə abadlıq, bərpa və minalardan təmizləmə işləri aparır. Biz yaradıcı və perspektivli bir yanaşma ilə bölgənin inkişafına töhfə veririk".

"Ermənistan mətbuatında yayılan yalanlar və böhtanlar əslində onların öz dağıdıcı mahiyyətini ortaya qoyur. Biz isə dünyaya sübut edirik ki, bu torpaqlarda quruculuq və bərpa işləri həyata keçirən, sülhə və əməkdaşlığa çalışan tərəf məhz Azərbaycandır. Bu iki xalqı eyni müstəviyə qoymaq doğru deyil. Çünki biz bu torpağın qədim xalqıyıq, onlar isə sonradan gəlmişlərdir. Azərbaycanın siyasi xətti və mövqeyi bəllidir, açıq və prinsipialdır.

Xalqımızın yaratdığı zəngin ənənələrə sadiq qalmaq, onları yaşatmaq bizim borcumuzdur. Heç bir dağıntı və çətinlik bizi bu yoldan çəkindirməməlidir. Bu torpaq əzəldən bizim olub, bizimdir və gələcəkdə də bizim olacaq.

Təbii ki, hər bir səfər zamanı Prezident yeni məsələləri gündəmə gətirir. Bu dəfə də həmin ənənə davam etdi. Çünki görüləsi işlər hələ çoxdur. Amma bu bizi qorxutmur, əksinə, ruhlandırır. Azərbaycanın həyata keçirdiyi "açıq qapılar" siyasəti ilə beynəlxalq ictimaiyyətə mesaj verilir ki, biz əməkdaşlığa açığıq və bütün öhdəliklərimizi yerinə yetirməyə hazırıq. Məhz bu səbəbdən Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi qardaş dövlətlər də Azərbaycana xüsusi diqqət və dəstək göstərirlər" - deyə o, əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 May 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri