Icma.az
close
up
RU
Enerji sərgiləri Azərbaycanın neft qaz sektorunun inkişafına töhfə verib ŞƏRH EDİLDİ

Enerji sərgiləri Azərbaycanın neft qaz sektorunun inkişafına töhfə verib ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Müstəqilliyimizin ilk illəri ağır və təhlükəli olmuşdur. 90-cı illərin əvvəlində Ermənistanın ərazilərimizi işğal etmək məqəsdilə hücuma keçməsi, ölkədə siyasi xaosun baş alması, iqtisadi tənəzzül və vətəndaş müharibəsinin başlanması 70 ildə arzuladığımız və ikinci dəfə qovuşduğumuz dövlət müstəqilliyimizi yenidən təhlükə altına almışdı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkəni bu ağır vəziyyətdən Ulu Öndər Heydər Əliyev xilas etdi: "90-cı illərin əvvəlində ölkənin müstəqilliyini möhkəmlətmək, dünya dövlətləri sisteminə inteqrasiya olunmaq və inkişafa nail olunması üçün yeganə mənbə ölkəmizin neft sektorundan səmərli istifadə olunması idi. Amma neft sənayemiz köhnəldiyindən nefti milli sərvətə çevirmək və gəlir əldə etmək çətinləşmişdi. Ölkədki çətin vəziyyəti müşahidə edən xarici investiorlar da Azərbaycana investisiyaların yatırılmasında maraqlı deyildi. Çünki, 1000 dəfədən çox infilyasiya davam edən, siyasi sabitlik olmayan və müharibə gedən ölkədə heç bir ağıllı investor öz vəsaitini yatırmazdı. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qaydaraq vəziyyəti və sərmayədarların Azərbaycana baxışlarını dəyişdi. Xarici sərmayədarlarda Azərbaycana vəsaitlərin qoyulmasında inam yaratdı. Məhz ona görə də 20 sentyabr 1994-cü ildə 7 ölkənin 11 aparıcı şirkətin iştirakı ilə "Əsrin müqaviləsi", imzlanır və Azərbaycana qısa zaman kəsiyində milyardlarıla dollar vəsaitlər daxil omağa başlayır".

Millət vəkili qeyd edir ki, Ümummilli Liderin uzaqgörənliyi sayəsində 1994-cü ildən başlayaraq xarici enerji şirkətləri dəvət olunaraq enerji sərgiləri keçirilməyə başlandı. Bu il isə artıq 30-cu Bakı Enerji Həftəsi özünün yubiley tədbirlərinə başlamışdır. Bu illər ərzində enerji həftələrində dünyanın 80 ölkəsindən 9 mindən çox şirkət, 170 mindən artıq ziyarətçi iştirak edib. Bu, Bakıda keçirlən enerji həftələrinə dünyanın marağın artmasının göstəricisidir. Enerji sərgiləri Azərbaycanın neft-qaz sektorunun inkişafına töhfə vermişdir.

Azərbaycan neft və qaz sektorundan gələn gəlirlərini sənmərəli istifadə etməklə yüksək inkişaf səviyyəsinə gəlib çata bilmişdir. Belə ki, ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərin və enerji resurslarını müstəqil şəkildə dünya bazarlarına çıxarmaq üçün ixrac kəmərlərinə malik ölkəyə çevrilə bildi. Xəzər dənizindən İtaliya sərhədlərinə qədər 3500 km uzanan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyini təminatçısına çevrilməklə ixrac coğrafiyasını günü-gündən genişləndirir. Bakı Enerji Həftələri dünyanın aparıcı şirkətlərin nümayəndələrinin görüş yerinə və müxtəlif sazişlərin imzlanan məkana çevrilmişdir.

Azərbaycan da yaşıl gündəliyin inkişaf etdirilməsi üçün müqavilələri enerji həftllələri çərçivəsində imzalamaqda davam etməkdədir. Belə ki, keçən dəfə keçirilən enerji Həftəsi çərçivəsində ölkəmizin yaşıl enerji sektoruna investisiyaların cəlb edilməklə 1000 meqavatlıq gücün yaradılması ilə sazişlər imzlanaraq layihələrin icrasına başlanmışdır. Bu ildə də 100 meqavatlıq stansiyaların qurulması ilə bağlı sazişlərin imzalanması gözlənilir. Beləliklə Azərbaycan ölkənin enerji tələbatını yaşıl enerji ilə ödəyəcək və qənaet olunan qazı ixraca yönəldəcəkdir. Məhz qənaət və yeni investisiyaların yatırılması sayəsində 2030-cu ilə qədər Azərbaycan Avropaya ildə daha 8 milyard kubmetr mavi yanacağı ixrac etməyi hədəfləmişdir".

Deputat bildirib ki, Azərbaycanın neft sektorunun inkşafı siyasi və iqtisadi müstəqilliyimizin möhkəmlənməsinə yol açdı: "Belə ki, bu gün Azərbaycan xarici dövlət borcunun ÜDM-in cəmi 7% olan və valyuta ehtiyatları xarici dövlət borcundan 14 dəfə çox olan çox az ölkələrdən birinə çevrilmişdir. Bu illər ərzində aparılan uğurlu islahatlar sayəsində yeni iş yerləri yardılmış və ölkədə işsizlik 5%-ə enmişdir. Azərbaycanın iqtisadi gücünü artırmaqla ordusunu da yenidən qurmuş və torpaqlarını işğaldan azad etməklə suverənliyini bərpa edən az ölkələrdən biridir. Beləliklə bu gün ölkəmizin dinamik inkişafı, sabitliyin təmin olunması yeni investisiyaların gəlməsi üçün xarici investorları ruhlandırır. Azərbaycan Bakı Ernerji Həftələri keçirməkdə davam etdirməklə ümumi iqtisadiyyatın sürətlə inkişafına və böyük bir regionun enerji təhlükəsizliyinin təminatçısına çevrilməsini daha da gücləndirəcəkdir"- deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri