Icma.az
close
up
RU
“Bizə atom enerjisi lazımdır” İslam Mustafayev səbəbləri izah edir

“Bizə atom enerjisi lazımdır” İslam Mustafayev səbəbləri izah edir

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1970-ci illərdə üzvi yanacaqların – neft və qaz, hətta kömür ehtiyatlarının da məhdud olduğu aydınlaşdı. Bilindi ki, müəyyən vaxtdan sonra onların çıxarılması ya mümkün olmayacaq, ya da çox baha başa gələcək. Onda enerjinin alternativ mənbələrdən alınması barədə müxtəlif ideyalar yarandı. Günəş və külək, yəni geotermal enerjilər məsləsi gündəmə çıxdı.
AzVision.az-a müsahibəsində bu reallıqları xatırladan Azərbaycanın Radiasiya Probelmləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev bildirib ki, bəzi araşdırmalardan sonra isə, texniki göstəricilərinə görə, atom enerjisinin ən yaxşı variant olduğu qərarına gəlindi.

Belə ki, bir kiloqram urandan alınan enerji yüz tonlarla kömürün verdiyi enerjiyə bərabərdir. Eyni zamanda, bu enerji həm təmizdir, həm də ətraf mühitə elə bir ciddi tullantıları yoxdur, uran resursları isə çoxdur. Bu, həm də dönüşlü prosesdir, yəni onun bərpa olunan variantları da var.
Məhz bundan sonra atom enerjisinin inkişaf etdirilməsinə başlanıldı və belə bir proqram yaradıldı. Dünyada çox böyük sürətlə, demək olar ki, hər bir ölkədə AES-lərin tikilməsi, enerjinin bu yolla alınması proqramı yerinə yetirilməyə başladı.
Amma bu, çox uzun çəkmədi. 1986-cı ildə Çernobılda baş verən qəzadan sonrakı dövrdə nüvə proqramı 1970-ci illərdəkindən təqribən 30-40% azaldı. Bir çox ölkələr, məsələn İsveç, Almaniya və digərləri “Yaşıllar” hərəkatının təsiri ilə atom reaktorlarını ümumiyyətlə bağlamağa başladılar və onların fəaliyyətini perspektivsiz saydılar.
İqlim dəyişiklikləri ilə bağlı karbon geoksid qazının emissiyalarının azaldılması kimi ikinci bir məsələ də ortaya çıxdı. Bu qaz da əsasən neftin və qazın yanmasından yaranır. Yəni çox ciddi şəkildə ikinci bir məhdudlaşdırıcı amil gündəmə gəldiı. Belədə, üzvi yanacağın istifadəsinin məhdudlaşdırılması qəti vəzifə kimi qarşıya qoyuldu. Buna baxmayarq, hazırda dünya enerjisinin 70%-dən çoxu yenə də karbohidrogen mənbələrinin payına düşür.
Amma BMT-nin İqlim Dəyişiklikləri Konvensiyası, Paris Anlaşması, Kioto Protokolu, 2019-cu il Davos Forumunun qərarları, Avropa İttifaqının (Aİ) Yaşıl Sövdələşmə Proqramı kimi sənədlər gələcəkdə yaşıl enerjinin xeyrinə məsələləri inkişaf etdirməyə başladı.
Günəş və külək enerjisinin inkişafı qarşıya qoyuldu, lakin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatına görə, hər bir ölkənin enerji tələbatı maksimum 20-30% bərpaolunan enerji mənbələri hesabına ödənilə bilər. Çünki bundan artıq olduqda ölkənin enerji balansında dayanıqsızlıq meydana gəlir və buna ümid bəsləmək olmaz.
Deməli, yeganə çıxış yolu kimi yenə də nüvə energetikası qalır. MAQATE-nin baş katibi Rafael Qrossinin böyük bir məqaləsində iqlim dəyişikliklərimim qarşısını almaq üçün indiyədək külli miqdarda vəsaitin xərcləndiyi bildirilir. Əgər bu vəsaitin az bir hissəsi atom energetikasına qoyulsa, bunun təhlükəsizliyini artırmaq və sərbəst istifadə etmək olar.
İndi Avropada yeni növ reaktorların əsası qoyulur, texnologiyası hazırlanır və ümid etmək olar ki, belə nüvə rektorlarını təhlükəsiz istifadəsi mümkündür. Bundan sonra Almaniyada, Danimarkada və İsveçdə nüvə energetikasının inkiaşfına qoyulan qadağalar artıq götürülüb. Bu istiqamətdə bütün ölkələrdə, o cümlədən bizdə belə fəaliyyət gedir. Belə reaktorların zirzəmisi çox dərin tikilir. Əslində, reaktor birdən-birə partlamır, cihazlarda işin necə getdiyi və qəza təhlükəsi görünür. Çernobılda da işin qəzaya doğru getdiyi görünmüşdü: temperatur artır, hidrogen əmələ gəlir, kamerada təzyiq yüksəlib, amma bütün cəhdlərə baxmayaraq, heç nə etmək mümkün olmayıb.
- Azərbaycan bu istiqamətdə hansı işləri görə bilər? Hansı potensialımız və perspektivlərimiz var? O cümlədən, modul tipli AES-lərin inşası kontekstində Azərbaycan nələri edə bilər?
- Bakıda keçirilən COP29 Konfransında MAQATE-nin baş karibi Rafael Qrossi də iştirak edib. İqlim dəyişikliklərinin fəsadlarının yumşaldılması üçün gücü az olan modul tipli reaktorların reaktorların unşası ilə bağlı niyyətlər açıqlanıb. Hazırda dünyada 190 AES-də 410-440 nüvə reaktoru fəaliyyət göstərir. Reaktorların sayındakı fərq onların bəzilərinin müddətinin başa çatmasına baxmayraq, hələ də istismar edilməsi ilə bağlıdır. Bu baxımdan, Ermənistandakı Metsamor AES atom energetikası sahəsində non-sensdir.
Dünya enerji balansının ən azı 10-15%-i atom enerjisinin payına düşür. Çernobıl qəzasına qədər bu rəqəm 20% idi. AES-lərin bəziləri sıradan çıxdığına, bağlantıların olduğuna və digər alternativ enerji mənbələrindən istitifadə edildiyinə görə atom enerjisinin payı azalmağa başladı. Amma elə ölkələr var ki, onlar bu sahədə malik olduqları gücü saxlayıblar. Məsələn, Fransada bu, 75%-ə, Belçikada 43-45%-ə bərabərdir. Digər ölkələrdə AES-lərdə elektrik enerjisinin alınması prosesi davam edir. Bu AES-lərdəki reaktorların gücü təqribən 800-1000 meqavattdır. Metsamordakı iki reaktordan hər biririnin gücü 450-470 meqavatdır, amma indi belə reaktorlar azdır. İranda Buşəhrdə istifadəyə verilmiş ilk reaktorun gücü 1000 meqavatdır. Türkiyədə inşa olunan Akkuyu AES-də də reaktorların gücü 1000 meqavatt olacaq. Yeri gəlmişkən, bizim institut Akkuyu AES-in ətraf mühitə təsiri ilə bağlı bir hesabat da hazırlayıb.
Amma biz indi 300 meqavatt gücü olan modul tipli reaktorlardan danışırıq. Təbii ki, atom reaktoru işlədən ölkə bu sahədə olan konvensiyaların hamısına qoşulmalıdır. Bununla bağlı qanunumuz var, sadəcə, onu bir qədər təkmilləşdirmək lazımdır. Müəyyən dərəcədə mütəxəssislərimiz var, amma belə reaktorun qurulmasında bizim kadrların iştirakı ehtimalı çox azdır. Bu reaktor icraçı təşkilatın sifarişi əsasında qurulacaq.

Sonradan onun istifadəsində kadrlar, operatorlar, ətraf mühitə nəzarət, monitorinq sistemləri üzrə bizdə mütəxəssislər var. Belə ki, 60 yaşı olan Radiasiya Problemləri İnstitutu böyük kadr potensiala malikdir. Ötən əsrin 70-ci və 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində reaktorlarda işləmək üçün iki dəfə bizim qruplar Azərbaycandan kənarda hazırlıq keçiblər. Mən də həmin proqramda iştirak etmişəm. Lakin bizim ölkəmizdə Nəvaidə AES tikilməsi planı sonradan dayandırıldı. Hətta orada mütəxəssislərin yaşaması üçün tikilmiş kotteclər indi də qalır.
İkinci dəfə, Azərbaycan prezidenti 2014-cü ildə Niderlandda keçirilən Nüvə Təhlükəsizliyi sammitindən qayıdandan sonra, ölkəmizdə əvvəlcə 20 meqavatt gücünə qədər iki tədqiqat nüvə reaktorunun inşası barədə sərəncam imzaladı ki, burada kadrlar öyrədilsin və aprobasiya keçirilsin. Daha sonra isə modul tipli AES-in tikilməsi niyyəti var idi. Lakin bu məsələ də dayandırıldı.
Çünki, ölkədə atom proqramında işləmək həvəsində olan təşkilatların sayı azdır. Yəni böyük vəsaitlər hesabına başlanacaq proqramlarda kimlərin, hansı mütəxəssislərin necə işləyəcəkləri bəlli deyil. Bu məsələyə biz hələlik hazır deyilik. Qrossinin Azərbaycana səfəri çərçivəsində keçirilən danışıqlardan sonra hazırda bu sahədə Energetika nazirliyi çox inamlı addımlar atır. Belə görünür ki, modul tipli reaktorun tikilməsində ciddi nityyətlər var. Eyni zamanda, onun inşası üçün təhlükəsiz yer seçilməli və kadrlar hazırlanmalıdır.
- Azərbaycan ciddi şəkildə içməli su problemi ilə üzləşib. Bir çox mütəxəssislər problemin həlli üçün dəniz suyunun duzsuzlaşdırılmasına diqqət çəkirlər ki, bunun üçün də ən ucuz başa gələn atom enerjisindən istifadə məqsədəuyğun sayılır. Bu baxımdan, Xəzərin sahilində modul tipli AES-in tikilməsi mümkündürmü?
- Tamamilə mümkündür. İndi üç yüzdən çox belə layihə var: sutəmizləmə kompleksləri tikilir. Bu zaman yalnız enerji təchizatı bloku yaradılır. Orada enerjinin İstilik Elektirk Stansiyalarından (İES), yaxud da AES-lərdən alınacağının fərqi yoxdur, amma AES-dən alınanda bu daha ucuz olur. Əslində, atom enerjisinin faydalı iş əmsalı mərhələlərdən asılıdır. Əgər ondan ilkin, yəni istilik mərhələsində istifadə edilirsə, enerjinin maya dəyəri çox ucuz baş gəlir. Amma üçqat tarnsformasiya prosesi nəticəsində alınan elektrik enerjisinin faydalı iş əmsalı çox aşağı olur. Bu baxımdan, suyun duzsuzlaşdırılması prosesində atom enerjisindən ilkin mərhələdə istifadə edilməsi daha sərfəlidir.
Yeri gəlmişkən, keçən əsrin 70-80-ci illərində SSRİ-də belə təcrübə olub. İndiki Aktau (keşmiş Şevçenko) şəhərində bu layihə həyata keçirilmişdi. Onu mənim yaxından tanıdığım akademik Sedov hazırlamışdı və iş yaxşı da gedirdi, nəticədə bir saatda 50 kubmetr, yəni 50 tonn içməli su alınırdı. İndi daha güclü layihələr mövcuddur. Məsələn, Çində, Yaponiyada və Afrika ölkələrində belə layihələr həyata keçirilir. Özü də, AES-lər hətta elektrik enerjisinin istehsalı üçün tikilirsə də, onların yanında daha bir blok inşa edilir. Belə kompleks həm dəniz suyunu duzsuzlaşdırır, həm də elektirk enerjisi verir.

- Azərbaycanın qonşu ölkələrlə, elə ilk növbədə də Qazaxıstanla bu istiqamətdə müştərək layihələr həyata keçirməsi, əməkdaşlıq etməsi realdırmı? Yoxsa bu məsəslədə də hər kəs özü üçün çalışır?
- Qazaxıstan bizə qardaş ölkədir, onlarla əməkdaşlıq alına bilir. Təəssüf ki, bəzi səbəblərdən Cənubi Qafqazda regional layihələrin dəstəklənməsi beynəlxalq fondlar və təşkilatlar tərəfindən bir qədər çətin olurdu. Amma Xəzər hövzəsi ölkələri ilə bu mənada əməkdaşlıq üçün imkanlar mövcuddur. Hal-hazırda bizim institutun bir layihəsi var: dəniz sularında radioaktivliyin müəyyənləşdirilməsi, radiasiya fonu. Bunu bizim institutun əməkdaşı MAQATE-nin regional layihəsi çərçivəsində neçə illərdir ki, həyata keçirir.
Bu yaxınlarda oxuduğum məqalədə Aktauda xatrılatdığım layihəni yenidən vcanlandırmağa hazır olduqları bildirilir. Dəniz suyunu duzsuzlaşdırmaq yolu ilə içməli su alamaq üçün kompleks tikirlər. Bu halda, sözsüz ki, biz ilkin təcrübəni orada öyrənə bilərik.
Yeri gəlmişkən, biz bu ildən İnşaat və Memarlqı Universitetində magistratura səviyyəsində Türkiyənin Egey Universiteti ilə birgə “Radiasiya və Nüvə Təhlükəsizliyi” layihəsi açmışıq. İlk 3 magistri qəbul etmişik, türklər də bu addımı atıblar. Layihə çərçivəsində tələbələrin mübadiləsini aparacağıq. Təhsilin sonunda onlar həm bizim İnşaat və Memarlıq Universitetinin, həm də Egey Universitetinin məzunu olacaqlar. Orada buraxılan məzunlar artıq atom reaktorunda işləyə biləcəklər, onları, sadəcə, yönəltmək lazım gələcək.
Modul tipli reaktor tikilənə qədər həmin məzunlarımızı təcrübə üçün Aktauya göndərmək olar. Müxtəlif səbəblərdən bu sahədə Qazaxıstanla əməkdaşlıq etmək daha asandır. Məsələn, biz tələbələri Avropaya göndərəndə müəyyən şərtlər qoyulur. Bu baxımdan, Qzaxıstan bizim yanımızda olan qardaş ölkədir. Müzakirə etdiyimiz məsələ ilə orada uzun müddət uğurlu şəkildə məşğul olublarsa, onlarla mübadilə mümkündür. Bu müstəvidə Qazaxıstanla əməkdalıq perspektivinə mən nikbinliklə baxıram.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 Dekabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri