Icma.az
close
up
RU
Bizə başqa vasitəçi, kənar dövlət lazım deyil AÇIQLAMA

Bizə başqa vasitəçi, kənar dövlət lazım deyil AÇIQLAMA

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Uzun illərdir müşahidə edirik ki, Azərbaycan tərəfi davamlı olaraq münaqişənin bölgə dövlətlərinin iştirakı ilə həllini təklif edir. Xüsusən, burada Gürcüstan neytral ölkə olduğuna görə, Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının aparılması üçün ən münasib platforma Gürcüstandır".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, hər zaman xüsusi vurğulayırıq ki, Cənubi Qafqaz bölgəsinin taleyi məhz elə bu bölgədə həll olunmalıdır:

“Avropa İttifaqında görüşlər keçirildi. ABŞ-də və Rusiyada bir sıra təmaslar oldu, müzakirələr aparıldı. Bu görüşlərin böyük əksəriyyətində müəyyən problemlərin yaşandığını gördük. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan özü də dedi ki, Azərbaycanla birbaşa, ikitərəfli görüş və müzakirələr, o cümlədən bölgə çərçivəsindəki görüşlər keçmiş münaqişənin həllinə öz töhfəsini verməkdədir. O mənada əslində bu, yeni reallıqdır. Azərbaycan XİN başçısı Ceyhun Bayramov da vurğuladı ki, bölgə ölkələrinin ikili, üçlü görüşləri Azərbaycanın yaratdığı yeni reallıqların təsdiqidir. Bu, sadə bir məsələ deyil. Antalya Forumunda Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşü, Gürcüstanla üçlü görüşün keçirilməsi Azərbaycanın son illərdə əldə etdiyi ən böyük uğurlardan biridir".

Müsahibimiz vurğulayıb ki, bizə başqa vasitəçi, kənar dövlət lazım deyil:

"Özümüz danışıqlarda birbaşa iştirak edə bilərik və edirik. Region ölkələri arasında üçlü və altılı formatda keçirilən görüşlər geosiyasi proseslər fonunda, dünyada cərəyan edən hadisələr çərçivəsində ən uyğun platformadır”.

Ceyhun Məmmədov: Beynəlxalq təşkilatlar öz rolunu oynaya bilmir

Deputatın sözlərinə görə, proses ona doğru gedir ki, artıq beynəlxalq təşkilatlar öz rolunu oynaya bilmir:

“Biz bunu BMT-nin qətnamələrində, Avropa İttifaqının ikili standartlarında da gördük. Ona görə bölgə dövlətlərinin ikili, üçlü və digər formatlarla görüşləri, müzakirələri uzun müddət Azərbaycanın üzərində çalışdığı layihədir".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Aprel 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri