Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Bizə saatlarla auditoriyada oturan tələbə lazım deyil AÇIQLAMA

Bizə saatlarla auditoriyada oturan tələbə lazım deyil AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Təhsil sistemindəki hər bir dəyişiklik ilk növbədə “tələbə nə qazanacaq?” sualına cavab verməlidir. Seminar dərslərinin müddətinin 90 dəqiqədən 60 dəqiqəyə endirilməsi təklifi həm pedaqoji, həm də praktiki baxımdan ciddi müzakirə olunmalı məsələdir".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirdi.

Müsahibimiz bu mövzuda mülahizələrini bir neçə mühüm məqam üzərindən izah etdi:

"Elmi araşdırmalar göstərir ki, insan beyninin intensiv diqqət toplama müddəti məhduddur. Müasir dövrün “sürətli informasiya” nəslinin, yəni indiki tələbələrin uzunmüddətli monoton mühazirələrdə yorulduğu bir reallıqdır. 60 dəqiqəlik seminar dərsi tələbənin enerjisinin ən yüksək olduğu vaxtı səmərəli istifadə etməyə imkan verə bilər. Uzun çəkən dərslərin sonunda yaranan “yorğunluq zonası” çox vaxt öyrənməyə deyil, sadəcə vaxtın tamamlanmasına xidmət edir. Seminarın mahiyyəti mühazirədə alınan nəzəri biliklərin müzakirə və tətbiq olunmasıdır. Əgər biz 90 dəqiqənin 30 dəqiqəsini sadəcə davamiyyətə, təşkilati işlərə və ya passiv dinləməyə ayırırıqsa, bu vaxt itkisidir. 60 dəqiqəlik qısa, lakin dinamik, interaktiv və konkret hədəfə yönəlmiş bir dərs daha effektli nəticə verər. Müəllimin vəzifəsi bu bir saatı elə “sıxlaşdırmaqdır” ki, orada boşluq qalmasın.

Təhsil tariximizə nəzər salsaq, “akademik saat” anlayışının illərdir oturuşmuş bir sistemi var. Lakin dünya təhsil sistemi artıq “mikro-öyrənmə” (micro-learning) modelinə keçir. Seminarların vaxtının azaldılması tələbələrin öz üzərində müstəqil işləməsi üçün daha çox vaxt qazanması deməkdir. Biz tələbəni auditoriyada çox saxlamaqla deyil, ona dərsi sevdirməklə inkişaf etdirə bilərik".

Şəmsi Qoca vurğuladı ki, bir məqamı unutmamalıyıq:

"Xüsusilə humanitar fənlərdə, tariximizin və mədəniyyətimizin dərin qatlarının müzakirə olunduğu seminarlarda bəzən 90 dəqiqə belə bəs etmir. Əgər qruplarda tələbə sayı çoxdursa, 60 dəqiqə ərzində hər bir tələbənin fikrini ifadə etməsinə imkan tapılmaya bilər. Bu isə bəzi tələbələrin kölgədə qalmasına gətirib çıxarar. Seminar dərslərinin 60 dəqiqəyə endirilməsi təklifini müsbət dəyərləndirmək olar, bir şərtlə ki, tədris proqramları bu vaxta uyğun yenidən işlənilsin və dərslərin intensivliyi artırılsın. Bizə saatlarla auditoriyada oturan deyil, bir saat ərzində maksimum bilik və bacarıq mənimsəyən tələbə lazımdır".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Fevral 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri