Bizə Orban kimi vasitəçi lazım deyil Zelenski AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bizə vasitəçi qismində Orban lazım deyil. ABŞ ilə birbaşa əlaqələrə ehtiyacımız var”.
APA-nın “insider.ua”ya istinadən məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“O, Putinə necə təsir göstərəcək? Viktor Orbanın bizim malik olduğumuz ordu kimi ordusu varmı? Bu, sanki bir lətifəyə bənzəyir və insanda təbəssüm yaradır. Yox, əgər varsa, qoy özünə saxlasın” – Ukrayna Prezidenti fikirlərini belə tamamlayıb.
Qeyd edək ki, dekabrın 12-də Kremlin mətbuat katibi Dmitri Peskov Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı yeni il öncəsi əsir mübadiləsi və Milad atəşkəsi təklif etdiyini açıqlayıb.
O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskvadakı Macarıstan səfirliyinə mübadilə üçün əsirlikdə olanların siyahısını göndərdiyini, lakin Ukraynanın Orbanın bu təşəbbüsünü də qəbul etmədiyini söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 17 Dekabr 2024 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















