Bizə cavab vermək imkanı yaradılmır Hikmət Hacıyev
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“.
Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
O bildirib ki, bu materialların, demək olar ki, 99.9 faizi həqiqəti əks etdirmir:”Biz cavab haqqımızdan istifadə etmək istədikdə isə heç bir reaksiya ilə qarşılaşmırıq. Bizə mövqeyimizi bildirmək, cavab vermək imkanı yaradılmır.
Belə olan halda sual yaranır: həqiqət haradadır, yalan haradadır? Düşünürəm ki, bu cür informasiya hücumlarına qarşı mübarizə aparmaq asan deyil. Dünyanın bütün ölkələri bu problemlə üzləşir. Bəzən özünü və həqiqəti sübut etmək üçün böyük səylər göstərmək lazım gəlir. Lakin müəyyən vaxtdan sonra həmin iddialar artıq qlobal narrativin bir hissəsinə çevrilir.
Bu, həqiqətən də, çətin mübarizədir. Biz səylərimizi birləşdirməli, beynəlxalq platformalarda öz mövqeyimizin təqdimatına davam etməli, eyni zamanda beynəlxalq media qurumları ilə birbaşa işləməliyik”.
Post navigationPrevious: Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 26 Oktyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















