Bizə lazım olan sadəcə futbol meydançası və topdur Estoniya millisinin futbolçusu
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bura qələbə qazanmaq üçün gəlmişik. Komanda olaraq oyuna hazırıq. Ümid edirəm ki, sabah istədiyimiz nəticəni əldə edəcəyik".
QOL.az xəbər verir ki, bu sözləri Estoniya millisinin üzvü Maksim Paskoçi Millətlər Liqasının 5-ci turunda sabah Azərbaycana qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, görüş haqqında fkirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qəbələdə oynamağın futbolçulara mənfi təsiri olacaq?
- Bizə lazım olan sadəcə futbol meydançası və topdur. Bunun bizə təsir edəcəyini düşünmürəm.
- Azərbaycan millisindən hansısa oyunçunu tanıyırsınız?
- Mən üzərimə düşəni etmişəm, rəqibin hücumçularını təhlil etmişəm. Bundan daha önəmli olan komanda olaraq düzgün müdafiə olunmağımızdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Noyabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















