Bizi ağır matç gözləyir Emreli
Icma.az bildirir, Axar.az portalına istinadən.
Bizi ağır matç gözləyir, güclü rəqibə qarşı oynayacağıq.
Axar.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç yığmasına qarşı keçirəcəkləri VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, uğurlu nəticə qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirərək qeyd edib:
“Düşünürəm ki, bu matçda xal qazanmaq üçün şansımız var. Sadəcə, öz oyunumuzu nümayiş etdirməliyik. Hücumçu kimi daha çox fərqlənmək istəyirəm. Amma əsas olan komandanın qələbə qazanmasıdır".
Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da keçiriləcək İsveç- Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 19 Noyabr 2024 01:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















