Icma.az
close
up
RU
Azərbaycançılıq ideologiyası: Xalqı birləşdirən dəyər

Azərbaycançılıq ideologiyası: Xalqı birləşdirən dəyər

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İSTİQAMƏT: 6.3.9. azərbaycançılıq ideyasının təbliği

Azərbaycançılıq ideyasının banisi Ümummilli lider Heydər Əliyevdir.

Heydər Əliyev deyirdi:

“Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir”.

Bu gün azərbaycançılıq ideologiyasının nəticəsini bütöv bir millət olaraq görürük. Azərbaycan çoxmillətli bir ölkədir. Statistik rəqəmlərə görə, Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Bu gün ölkədə yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, Şahdağ xalqları, ləzgilər, rutullar, malakanlar, ingiloylar, qaraçılar, aşşurlar, udilər, almanlar, ruslar yaşayırlar. Onların dini, dili, mədəniyyəti dövlət tərəfindən ən yüksək səviyyədə qorunur. Hansı milli azlığı təmsil etməsindən asılı olmayaraq, Azərbaycan Respublikasının vətəndaşı kimi bərəbarhüquqludurlar. Bütün xalqlara dini, milli, mədəni adət-ənənələrinin qorunub saxlanılması üçün dövlət tərəfindən imkan yaradılıb.

Bu gün ölkə ərzisində etnik, dini qarşıdurmalara rast gəlinmir. Hər kəs bu ölkədə azərbaycanlı olaraq yaşayır və demək olar ki, ölkə ərazisində yaşayan bütün milli azlıqların nümayəndələri dövlət qurumlarında çalışır, seçkili orqanlarda təmsil olunur. Bu faktın özü ölkədə heç bir etnik problemin olmadığını göstərir.

Eyni zamanda, Azərbaycan bu istiqamətdə müstəqillik dövrünün ilk illərindən davamlı iş aparır. Azərbaycan dövlətinin dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində apardığı ardıcıl işlər müsbət nəticələrini verir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində dünya azərbaycanlıları vahid yumruq oldu və bir hədəfə vurdu. Bu amil özü də qazanılan böyük Zəfərdə önəmli faktora çevrildi. Bütün bunların kökündə də məhz azərbaycançılıq ideologiyası dayanır.

Prezident İlham Əliyev də çıxışlarında azərbaycançılıq ideologiyasının nə qədər önəmli olduğunu dəfələrlə vurğulayıb.

“Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”,-deyə Prezident İlham Əliyev çıxışlarının birində vurğulayıb.

Görüdüyü kimi, bu gün də bu ideologiya Azərbaycan dövlətinin əsas prioritetini təşkil edir. Doğrudur, hazırda ölkə üzrə heç bir etnik problem yoxdur. Amma bununla qane olmaq gələcək üçün problemlərə yol aça bilər. Bu baxımdan, dövlət bu istiqamətdə ciddi işlər görür və mövcud birliyin, vahidliyin daha da inkişaf etməsi üçün ardıcıl iş aparır.

Yəni, azərbaycançılıq ideologiyası gələcəkdə də xalqın vahid birliyini formalaşdıran əsas amil olacaq. Hər bir ölkə vətəndaşı məhz bu ideologiyanın altında bir olmalıdır. Bu fonda başa verə biləcək hər hansı bir problem gələcək üçün böyük təhlükələrə yol açmaq imkanındadır. Bu baxımdan müəyyən vaxtlarda anti-Azərbaycan qüvvələr xalqın vahid birliyini pozmağa cəhdlər edir. Amma Azərbaycan xalqı azərbaycançılıq ideologiyasını tam şəkildə mənimsəyib və faktiki olaraq bu xalqı heç bir qüvvə etnik qarşıdurmaya cəlb etmək gücündə deyil.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri