Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq Təxribat
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Növbəti mərhələdə həmin zalda şairin büstünün qoyulması planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, müvafiq təşəbbüs çərçivəsində İrəvanda işgüzar səfərdə olan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şairin adının əks olunduğu lövhənin açılışını edib.
İranın Ermənistandakı səfirliyindən məlumatına əsasən, növbəti mərhələdə məscidin mərasim zalında Çarentsin büstünün quraşdırılması nəzərdə tutulur.
Xatırladaq ki, İrəvandakı Göy məscid Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı mühüm abidələrdən biridir. XVIII əsrdə İrəvan xanlığı dövründə inşa edilən məscid İrəvan xanı Hüseynəli xanın adı ilə bağlıdır.(Trend.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 10 Noyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















