Icma.az
close
up
RU
BİZİM ADAM Məğrur Bədəlsoy yazır

BİZİM ADAM Məğrur Bədəlsoy yazır

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

(Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun 57 yaşına)

Vilayət Süleyman oğlundan söz düşəndə böyük yazarımız Elçin İlyas oğlunun  gənclik illərində tələbə yoldaşlarımızla birlikdə oxuduğumuz adını unutduğum bir hekayəsindəki deyim yadıma düşür: “Məhəllənin fikri yekdil idi: MƏMMƏD KİŞİ CAYILDIR”. Bu ifadə bizə elə ləzzət edirdi ki, dönə-dönə, gülə-gülə təkrarlamaqdan doymurduq. Bu deyim gerçəkdən  BİZİM adını qazanan sayğılı nazirimiz Vilayət Eyvazovun xarakterinə uyğundur: KİŞİ ADAM!

20 ilə yaxının söhbətidir, DİN-in 1-ci dərəcəli Qarabağ əlili kimi bir problemlə bağlı DİN-in 1-ci müavininin qəbuluna çağırdılar. O qəbul  yaddaşımda elə dərin iz buraxıb ki! Əsl DÖVLƏT ADAMI ilə üz-üzə idim: mədəni, çevik, intellektual! Təsəvvür edin, iç otaqda telefonun səsi gələndə, söhbəti yarımçıq qoyduğundan üzüldüyünü dilə gətirib elə çevikliklə telefona doğru gedirdi ki, ürəyimdə “əsl general belə olar” deyib, doğrudan qürur duydum. Problemə gəldikdə, sıxıldığımı görüb, rahatsız olmamağımı, Qarabağ veteranı kimi hüquqi yardım ediləcəyini dedi və dediyini də etdi. Bir yol Qarabağ əlillərinin sahibkarlıq problemi ilə bağlı indiki BMCMİ-yə çağırıldım. Birbaşa nazirin 1-ci müavinin nəzarətində olduğunu deyəndə, belə xırda məsələdən ötrü DİN-in 2-ci şəxsinin işə qarışmasına inanmadım. Heç demə, bizim xırda saydığımız məsələ Qarabağ əlilləri ilə bağlı olduğundan böyük önəm daşıyırmış!

Nazir olandan bəri də daim sayğılı nazirimin, DİN-in 1-ci şəxsinin diqqət və qayğısı Qarabağ qazilərindən, şəhid ailələrindən əsirgənilmir. Şəxsən məni sayğılı nazirim ağır depressiyadan müalicə etdirib, elə mənəvi dəstək olub ki, unutsam, namərdlik olar. Qəbulunda olanda  hətta səsim tutulduğundan əl-qol işarəsindən nazirim məni anlayıb, evə qayıtmağa da nəqliyyat təklif edib. Ümumiyyətlə, DİN başçısının qəbulu bütün dövlət qurumlarına örnək olmalıdır. Hamı peşəkar səviyyədə, diqqətlə dinlənilir, bir adam da incidilmir, başqa qəbullardan eşitdiyimiz təhqirlərə uğradılmır. Bir qalır nazirin tapşırıqlarına əməl edilməsi...

DİN-in bəzi əməkdaşlarının qanunsuz hərəkətləri, özbaşınalıqları, tam əminliklə onların özfəaliyyətlərindən qaynaqlanır, belə özfəaliyyət bağışlanılmır, mütləq cəzalandırılır. Təcrübəmdən bilirəm, nazirdən çox vaxt belə özfəaliyyət gizlədilir. Üç dəfə (birinci dəfə 2014-cü ildə) DİN rəhbərliyinin qəbulunda olub, pensiya, təminatımın   düz hesablanmamasını diqqətə çatdırmışam. Hər üçündə anında düz hesabladacağı bildirilib və ... hər üçündə tapşırıq alan şəxslər nazirin göstərişinə nəinki əməl edib, əksinə, özbaşınalığı sürdürürlər. Amma heç bir maddiyyat sayğılı nazirimin mənəvi dəstəyini unutdura bilməz, fikrimdən döndərə bilməz: VİLAYƏT EYVAZOV DÖVLƏT ADAMIDIR, KİŞİ ADAMDIR, BİZİM ADAMDIR!

KAŞ BÜTÜN DÖVLƏT QULLUQÇULARI VİLAYƏT SÜLEYMAN OĞLU KİMİ DÖVLƏTƏ, VƏTƏNDAŞA, İNSANA SAYĞILI OLAYDI!...

Məğrur BƏDƏLSOY,

1-ci dərəcəli Qarabağ qazisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 İyun 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri