Icma.az
close
up
RU
Nizami məhkəməsi “Kapitalbank”ın vəkil bürosudur? MƏĞRUR BƏDƏLSOY YAZIR

Nizami məhkəməsi “Kapitalbank”ın vəkil bürosudur? MƏĞRUR BƏDƏLSOY YAZIR

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir aydır icraatda olan iş bankın sifarişilə geri qaytarılıb;Konstitusiya Məhkəməsi məhkəmə təminatı hüququnu nöqsan sayır

“Kapitalbank”a, eləcə də Beynəlxalq Banka əhalinin məcburən pensiyaçı, təqaüdçü, müavinətçi kimi müştəri edilməsi xidmətin keyfiyyətini özbaşlnalıq səviyyəsinə endirib. Faktiki bu banklar bazarda monopolist kimi çıxış edirlər.

Axı pensiyaçı əlilin, şəhid ailəsinin, təqaüdçünün... başqa seçimi yoxdur, zorla bu banklara müştəri ediliblər. Banklar da inhisarçı mövqeyindən yararlanıb kefi istədiyi komissiya faizini diqtə edir, kefi istəyəndə pensiyaya, təqaüdə,..., əmanətə xəyanət edib, bloklayır. Məhkəmələr isə faktiki olaraq bankların vəkili rolunda çıxış edirlər. Axı banklardan yaxşı, sərfəli sifarişlər alırlar!

Baxın, banka borcun olanda  məhkəmə borc məbləğinə günlük gecikmə faizi hesablayır, bank cüzi müavinəti, təqaüdü, pensiyanı gecikdirəndə nəinki gecikmə faizi, heç borcun özü də kəsirlə ödənilir. Heç demə, “it ilində” pensiyaçının banka, dövlət (sosial müdafiə) fonduna, ŞƏHİDİN DÖVLƏTƏ (CƏNNƏTDƏN)  borcu qalıbmış. “Əjdaha ili”ndə də durumun dəyişməyəcəyini gerçək faktlar ortaya qoyur.

“Kapitalbank”ın sovet dönəminin əmanət bankının varisi kimi özbaşınalıqlarda özəl çəkisi, şişirtmə komissiya faizi var. “Komisyon” dələduzluğa baxın, “Birbank” müştərisinin iki kartı arasında köçürməyə görə 1 faiz, ən azı 1 manat “komissiyasız” “mədaxil faizi” tutulur. (?) Fırıldağa məhkəmə qiymət vermir, özünüz fikir verin, köçürmənin komissiyasız olduğu bildirilərək müştəri aldadılır, kartına köçürülən 1 manatın hamısı “mədaxil faizi” dələduzluğu ilə yeyilir.

Pensiya kartlarını yenisi ilə əvəz etmədən istifadə müddətinin on illik uzadılması da bankın daha bir fırıldağıdır. Axı müddəti uzadılan kartlarla “online” alış-veriş etmək olmur, anında istifadə müddətinin bitdiyi bildirilir. Yeni kart almaq isə 5 manata başa gəlir. On, yüz minlərlə pensiyaçının,  müavinətçinin 5 manatı ilə bankın pulsuz verməli olduğu kartlara görə nə qədər qanunsuz gəlir götürdüyünü bağlantılı maliyyə, bank, hesablama qurumları hesablamaqda çətinlik çəkməz. Elə prokurorluq, məhkəmə də. Di gəl, nəzarətedici qurumların haqq- hesabları elə bankdan çıxır deyəsən.

Nizami məhkəməsində “Kapitalbank” ASC və onun Nizami filialına qarşı 1-ci dərəcəli Qarabağ qazisinin Prezident təqaüdünü 6 ay bloklayıb “ac qoymasından”, əmlakını ələ keçirməsindən, qanunsuz faiz tutmasından iddianın “bəxtinə” bu yol 1 aydan sonra “geri qaytarılmaq üzüqaralığı” yazılıbmış. Üzdəniraq məhkəmə qərardadına baxın, 26.11.2024-cü ildə məhkəməyə elektron kabinetdən daxil olan iddia ərizəsi PA, Ali Məhkəmə, Məhkəmə Hüquq Şurasına 20 günlük şikayətlərdən sonra 17.12.2024-cü ildə “tapılıb” qeydiyyata alınıb. Və 23.12.2024-cü ildə hakim Starə Əliyeva kabinetdə məlumat yerləşdirib ki, ərizə MPM-in 149-cu maddəsinin tələbinə uyğun olmadığı əsası ilə “geribəxtli” sayılır. Axı MPM-in 151.3 maddəsi bu geri qaytarma müddətini 5 gün hesablayır, 27 gündən sonra iddia geri qaytarıla bilməz; başqa “əsaslı bəhanə” tapmaq olmazdı? Di gəl, hakim kimdir ki, belə işlərdə sifariş məhkəmə sədrinə edilir.

Yeri gəlmişkən, 3 ildir Nizami məhkəməsinin hakimi Ülkər Yusifova “Kapital bank”a qarşı iddianı elə itirib ki, heç PA, Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası da tapa bilmir. Hətta Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Ü. Yusifovanın qərardadını ləğv edib, işi baxmağa Nizami məhkəməsinə qaytarıb, işə baxmaq əvəzinə, qərardadı ləğv edilən Ülkər Yusifova yenidən işə hakim edilib və iş tamam yoxa çıxarılıb. İndi bu hakim Beynəlxalq Banka qarşı işə sədrlik edəcəyindən iddiaçı Qarabağ əlilinin hakimə 1 aylıq etirazına da baxılmır.  Çox şikayətlərdən sonra, axırı , Nizami məhkəməsinin sədri İlham Kərimli etirazı əsassız sayıb. Onu da vurğulayaq ki, sədrin əsassız saydığı etirazın bir əsası da Ülkər Yusifovanın “Bravo” vədigərlərinə qarşı iş üzrə geriqaytarma qərardadından şikayəti 1,5 ildir Bakı Apellyasiya Məhkəməsinə göndərməməsi özbaşınalığıdır. Özbaşınalığa baxın, məhkəmə qərardaddan şikayəti apellyasiya instansiyasına 1,5 ildir göndərmir ki, MPM-də nəzərdə tutulmayıb!(??) Belə məhkəmədən, belə hakimdən obyektivlik, ədalət, qərəzsizlik gözləməyə dəyər? Əlbəttə, ritorik sualdır.

Bəs Məhkəmə Hüquq Şurası nədən ötrüdür? Niyə məhkəmə təminatı hüququna qadağaya, məhkəməyə, dövlətə, Konstitusiyaya hörmətsizliyə qiymət vermir? Konstitusiyadan söz düşmüşkən, Konstitusiya Məhkəməsi də Konstitusiyaya sayğısızlıq göstərirsə, hansı hüquqa sayğıdan danışmaq olar?

Məğrur Bədəlsoy

P.S. Nizami məhkəməsinin hakimi Ülkər Yusifovanın 1,5 ildir “Bravo” və digərlərinə qarşı qərardaddan şikayəti apellyasiya instansiyasına göndərməməsi ilə məhkəmə təminatı hüququna qadağanı Konstitusiya Məhkəməsinin Palatası ( Rövşən İsmayılov (sədrlik edən və məruzəçi hakim), Fikrət Məmmədov, Sona Salmanova, Kamran Şəfiyev) qanuni sayıb. (??)  “Qanuni əsas” bu olub ki, hələ şikayətvermə müddəti tükənməyib, nöqsanları (hansını?-M. B.) aradan qaldırdıqdan sonra aidiyyatı məhkəməyə müraciət edilə bilər. (?) Konstitusiya Məhkəməsi məhkəmə təminatı hüququna qadağa qoyulmasını məhkəmənin yox, məhkəməyə müraciət edənin NÖQSANI sayırsa, Konstitusiya hüquq və azadıqlara təminat verir, yoxsa NÖQSANLARA?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri