Icma.az
close
up
RU
Məhkəmələrin bir birinə zidd qərarları... MƏĞRUR BƏDƏLSOY YAZIR

Məhkəmələrin bir birinə zidd qərarları... MƏĞRUR BƏDƏLSOY YAZIR

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali Məhkəmə Plenumu: “ƏLAVƏ QƏTNAMƏ ÇIXARILMASINDAN İMTİNA OLUNMASI şəxsi EYNİ TƏLƏBLƏ MƏHKƏMƏYƏ MÜRACİƏT HÜQUQUNDAN MƏHRUM ETMİR”

Rayon məhkəməsi: “EYNİ TƏLƏBLƏ OLDUĞUNDAN MƏHKƏMƏYƏ MÜRACİƏT HÜQUQU YOLVERİLMƏZDİR”

Ali Məhkəmə Plenumunun qərarları məhkəmələrə baxdıqları işlər üzrə hansı normativ hüquqi aktın tətbiq edilməli olduğunu izah edir, məhkəmə təcrübəsinin vahidliyi prinsipini formalaşdırır. Nə yazıq, bir çox hallarda Ali Məhkəmə hakimlərinin özləri də Plenumun qərarlarına sayğısızlıq sərgiləyirlər. Aşağı instansiya məhkəmələrindən heç danışmağa dəyməz, gerçəkdə Ali Məhkəmə Plenumunun qərarlarını “boykot” edirlər. Onda bu qərarların qəbul edilməsinə nə ehtiyac?

Yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən olunan yaşayış yeri üzrə Nərimanov rayon məhkəməsinə verilən “hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma barədə  sənədlərin şəxsə məxsus olması hüquqi faktının müəyyən olunmasına dair” ərizənin “bəxti il yarımdır açılmır”. Hakim Ramin Quliyev ərizəçinin təqdim etdiyi 4 sübutun 3-ü üzrə qətnamə çıxarmadığından, MPM-in 229.1.1-ci maddəsi əsasında əlavə qətnamə çıxarılmasına ərizə verilib. Hələ də ərizəyə baxılmayıb, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə 29.10.2024-cü il tarixli qərardadla əlavə qətnamə çıxarılmasından imtina edib.

Ərizəçi Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” Qərarının 15.4-cü bəndi əsasında eyni tələblə məhkəməyə müraciət etmək hüququndan yararlanıb: “Əlavə qətnamə çıxarılmasından imtina olunması maraqlı şəxsi EYNİ TƏLƏBLƏ ümumi qaydada MƏHKƏMƏYƏ MÜRACİƏT etmək HÜQUQUNDAN MƏHRUM ETMİR”. Di gəl, yalnız Nərimanov məhkəməsinə verilə bilən ərizələri məhkəmə hakimləri (Mehriban Əfəndizadə, Solmaz Ədilova, Nərgiz Tağıyeva) EYNİ TƏLƏBLƏ olduğundan YOLVERİLMƏZ sayırlar. Absurd situasiyadır, Ali Məhkəmə Plenumu EYNİ TƏLƏBLƏ məhkəməyə müraciət etməyi qanuni HÜQUQ sayır, aşağı məhkəmə EYNİ TƏLƏBLƏ olduğundan bu HÜQUQA yolverilməzliyinə görə qadağa qoyur. Ərizəçi EYNİ TƏLƏBLƏ məhkəməyə müraciət etməyi sürdürür, aşağı məhkəmənin Ali Məhkəmə Plenumuna əməl etməyə borclu olduğunu bildirir, hələ də nə borc yada düşür, nə and, nə də Plenum.  Ərizələri ayrı-ayrı hakimlər EYNİ TƏLƏBLƏ olduğundan yolverilməz sayır. Bu isə Konstitusiyanın özünün yolverilməzliyi anlamına gəlir.

İndi söz Ali Məhkəmədə, Məhkəmə Hüquq Şurasındadır. Hansı üstündür? Ali Məhkəmə Plenumunun “EYNİ TƏLƏBLƏ şəxsin məhkəməyə müraciət etmək HÜQUQU”, yoxsa rayon məhkəməsinin “EYNİ TƏLƏBLƏ olduğundan məhkəməyə müraciət etmək HÜQUQUNUN YOLVERİLMƏZLİYİ”?

Məğrur BƏDƏLSOY

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Yanvar 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri