Icma.az
close
up
RU
DSMF nin saxtakarlığı Məğrur Bədəlsoy yazır

DSMF nin saxtakarlığı Məğrur Bədəlsoy yazır

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür

Prezident 2025-ci ili Konstitusia və suverenlik ili elan edib. Ən azı, bu il ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun Konstitusiyanın qüvvədə olacağına böyük ümidlər var. Bəlkə onlarla illərdir icra olunmayan məhkəmə qərarlarının icrası təmin olunar, dövlətin ali məqsədinin insan və vətəndaş hüquqlarını qorumaq, vətəndaşa layiqli həyat səviyyəsinin təmin edilməsi yada düşər, məmurlar vicdansız davranışdan, özbaşınalıqdan əl çəkər. Di gəl, hələ də qanunun, Konstitusiyanın şahlığı yerinə, məmurların şahlığı ilə üz-üzəyik.

Bu sətirlərin yazarının pensiyasına 1BİİM-in (hazırda Bakı İnzibati Məhkəməsi) 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/2017 N-li Qərarı (h. Elçin Məmmədov)  ilə əlavə olunan 110 manatın verilməsini 6 il sonra 01.04.2023-cü ildən borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) özbaşına dayandırıb. 22 aydır bu yekəlikdə özbaşınalığa, dövlətə, Konstitusiyaya hörmətsizliyə icra, qanunverici, məhkəmə hakimiyyəti, prokurorluq, Ombudsman , Hesablama Palatası ... son qoymaq istəmir, hərəsi “sosial rüşvət paketini” alıb susur.

Bakı İnzibati Məhkəməsində “İnzibati mübahisə üzrə 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı Qərarın icrasının  dayandırılmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə borclu cavabdeh XŞTMF-yə qarşı  (ötən ilin sonlarında) iddia qaldırılıb. İş üzrə 10.02.2025-ci ilə hazırlıq iclası təyin olunub. Elektron kabinetdə isə tələbkar  qazinin iddia tələbinə borclu cavabdehin adından DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının (departament müdiri Yeganə Məmmədova və baş mütəxəssis Gülnar Həzizadə) 06.02.2025-ci il tarixli 7 vərəqlik iddiaya aid olmayan etirazı yerləşdirilib. Bu etiraz bir daha borclu DSMF-in pensiya filialının özbaşınalığını, vicdansız davranışını ortaya qoyur. Birincisi, cavabdeh-borclu DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır, Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı - 39 saylı vəkil bürosu yox! İkincisi, tələbkarqazinin iddia tələbi “məhkəmə qərarının icrasının özbaşına dayandırılmasından dəyən maddi-mənəvi ziyanın ödənilməsi” haqqındadır, borclu bu tələbi saxtalaşdırıb “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” edib. (?) Bəyəm cavabdehin özbaşınalıqla iddiaçının tələbini dəyişdirmək, cibinə uyğunlaşdırmaq hüququ var? Vətəndaş əlil-qazi Konstitusiyanın 129-cu maddəsi ilə təminat verilən dövlətin adından çıxarılan məhkəmə qərarının məcburi icrasını tələb edir, 60, 68-ci maddə ilə təminat verilən məhkəmə müdafiəsi, özbaşınalığı istisna edən vicdanlı davranış hüququnu istəyir, məhkəmədə də özbaşınalıqla, dələduzluqla üzləşir.

ƏƏSMN-in, tabeliyindəki DSMF-in, Sosial Xidmətlər Agentliyinin hüquq doktorlarının hüquqa, məhkəməyə, dövlətə, Konstitusiyaya hörmətsizliyinə Konstitusiya və suverenlik ilində son qoyulacaqmı? Yoxsa “suveren məmurların öz cib konstitusiyaları” qüvvəsini saxlayacaq? Yaşaya bilsək, görərik...

Məğrur BƏDƏLSOY

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Fevral 2025 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri