Icma.az
close
up
RU
Bizim ailəmiz türk dünyasıdır: Yazı müsabiqəsinin qalibləri bəlli oldu FOTO

Bizim ailəmiz türk dünyasıdır: Yazı müsabiqəsinin qalibləri bəlli oldu FOTO

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Məlum olduğu kimi, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihəni həyata keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, sentyabrın 17-də Bakıda, Azərbaycan Respublikasının Gəncliyə Yardım Fondunun iclas zalında layihə üzrə yekun tədbir keçirilib.

Tədbirin yekununda mükafatlandırma mərasimi olub. Belə ki, CASCFEN-in layihə çərçivəsində Türkiyə universitetlərində təhsil alan türk dünyası tələbələri arasında keçirdiyi “Bizim ailəmiz türk dünyasıdır” adlı yazı müsabiqəsin (məqalə yarışması) qalibləri elan olunub.

Layihə rəhbəri və CASCFEN-in sədri, Əməkdar jurnalist Nadir İsmayılov bildirib ki, müsabiqəyə ümumilikdə 20-yə yaxın yazı təqdim olunmuşdu. Lakin bu yazıların bir qismi müsabiqə qaydalarına uyğun olmadığı üçün qiymətləndirməyə buraxılmayıb. Qalan yazılar arasında işçi qrup tərəfindən seçim aparılıb. Yekunda belə bir qərar qəbul edilib ki, müsabiqənin ümumi qalibləri kimi üç nəfər seçilsin, həmçinin yazıları xüsusilə ilə fərqlənən əlavə 3 iştirakçı isə xüsusi diplomla təltif olunsun.

Beləliklə, Şeyma Bilgi (Anadolu Universiteti Açıköğretim Fakultəsinin II kurs tələbəsi), Yusuf Çağlar Demirağ (Parisdə yaşayır və müsabiqə müddətində Erasmus proqramı ilə Anadolu Universitetində təhsil alıb), Sübhan Xıdırzadə (İzmir, Dokuz Eylül Universitetinin magistr tələbəsi) qalib kimi plaketlə təltif ediliblər. Həmçinin, yazıları xüsusilə fərqlənən Nərgiz Məmmədli (Süleyman Dəmirəl Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi), Umut Meriç Berberoğlu (Ege Universiteti Türk Dünyası Araştırmaları İnstitututunun magistr tələbəsi) və Rafael Badırxanov (Manisa Celal Bayar Universiteti Sosiologiya fakültəsinin IV kurs tələbəsi) xüsusi diplomla təltif olunublar. Müsabiqənin şərtlərinə uyğun olaraq bu 6 tələbənin yazıları Azərbaycanın nüfuzlu internet media orqanlarında dərc edilib. 

Qeyd edək ki, Nərgiz Məmmədli təltif günü Bakıda olduğu üçün tədbirdə xüsusi diplom ona şəxsən təqdim edilib. İzmir, Eskişehir və Manisadan olan tələbələrin plaket və diplomları isə tədbir zamanı müvafiq olaraq İzmir Azərbaycan Dərnəyinin rəhbəri Pərviz Altaya və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgülə təqdim edilib. Həmin şəxslər Türkiyəyə dönəndən sonra həmin qaliblərlə görüşüb, CASCFEN adından mükafatları təqdim edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 Sentyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri