Icma.az
close
up
RU
“BİZİM MENTALİTETDƏ “VURULMUŞ ADAM” SİNDİROMU VAR” “Parlamentdə susanlar çıxışa yazılanların adlarını görəndə əsəbiləşirdilər”

“BİZİM MENTALİTETDƏ “VURULMUŞ ADAM” SİNDİROMU VAR” “Parlamentdə susanlar çıxışa yazılanların adlarını görəndə əsəbiləşirdilər”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“AzPolitika”-da start verilən “eks-deputat” rubrikasında keçmiş millət vəkilləri ilə müsahibələr nəzərdə tutulub. Onlardan parlament üzvü olduqları dövrdəki fəaliyyətləri, qaldırdıqları məsələlər, narazı qaldıqları məqamlar, eyni zamanda üzləşdikləri maraqlı hadisələr, deputatlıqdan sonrakı fəaliyyətləri, cəmiyyətdə baş verən hadisələr barədə soruşacağıq.

İlk müsahibimiz elm və təhsil sahəsi üzrə tanınmış mütəxəssis, keçmiş deputat Etibar Əliyevdir.

- Etibar müəllim, rubrikamızın ilk qonağı kimi müsahibə üçün təşəkkür edirik. Biz keçmiş millət vəkillərindən parlament fəaliyyəti dövrünün əsas məqamları, deputatlıqdan sonrakı dövrdə məşğuliyyətləri barədə soruşuruq. VI çağırış Milli Məclisin üzvü olmusunuz, bu dövrü necə səciyyələndirirsiniz?

- Düşünürəm ki, VI çağırışda formalaşan Parlament praqmatikliyi baxımından yadda qalan olacaq. 2020-2024-cü illəri əhatə edən bu dövrdə pandemiya ilə üzləşdik. Bəşəriyyət çətin sınaq qarşısında qaldı. Azərbaycanda da xeyli sayda insan ölümcül virusun qurbanı oldu. Pandemiya dünya ölkələrinin iqtisadiyyatını dondurdu, cəmiyyətlərdə dərin psixoloji fəsadlar yaratdı. Millət vəkillərinin də əksəriyyəti virusa yoluxsa belə, xeyli sayda seçicilərimizin şəfa tapması üçün əlimizdən gələni əsirgəmədik.

- 44 günlük Vətən müharibəsi də pandemiyanın qızğın dövründə baş verdi, həmin günlərdə insanlar virus təhlükəsinə əhəmiyyət vermirdi...

- Doğrudur, 44 günlük Vətən müharibəsində xalqımızla bərabər biz də ayaqda olduq. Elə məsələlər var ki, yaddaşlardan silinməyəcək: Bəzən şəhidlərimizi qaranlıq düşəndə dəfn edirdik. Belə bir gərgin günlərdə xalqımızın necə qüdrətli olduğunu bir daha gördüm. İnsanların emosiyası şanlı ordumuza dəstəyə, qələbəmizə köklənmişdi. Xalqımızın yeganə istəyi qələbə idi. Ona da müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə nail olduq. Müharibədən sonra da köməkçim Pərvin Mahmudovla şəhid ailələrinin və qazilərin yanında olduq. Xeyli şəhid valideyni və qazi dostlarım var. İndi də onlarla görüşürük. Hesab edirəm ki, erməni barbarlığı üzərində möhtəşəm qalibiyyətdən sonra dövrümüzün əsas ideyası yeni maarifçilik olmalıdır.

- Etibar müəllim, VI çağırış Milli Məclis deputatların fəallığı baxımından necə yadda qalıb?

- Əlbəttə ki, deputatın fəallığı çox vacibdir. Mənim plenar iclaslarda 200-ə yaxın, komitə iclaslarında isə 30-a yaxın çıxışım olub. Milli Məclisdə keçirilən dinləmələrdə də çıxışlar etmişəm. Hər iclasın gündəliyi bizə veriləndə bəzi deputatlarla bərabər tələbə imtahana hazırlaşan kimi çıxışlara, təkliflər verməyə hazırlaşırdıq. Bütün dövrlərdə parlamentdə yeni sözə, yeni ideyaya və təşəbbüslərə ehtiyac olub...

- Amma elə deputatlar var idi, elə indi də var, həmişə susmağı üstün tuturlar. Yalnız səsvermədə iştirak etməklə kifayətlənirlər...

-Belə bir dialektika var. Danışanlar susanlara, susanlar isə danışanlara qibtə edirlər... Susanlar tabloda çıxışa yazılanların adlarını görəndə əsəbiləşirdilər. Məni narahat edən məsələlərdən biri bu idi. Parlamentin bəzi komitə sədrləri hansısa dövlət komitəsinin sədrini, yaxud naziri öz deputat həmkarlarından qoruyurlar. Bu, ənənə halını alıb. Komitə sədrləri istəmirdilər ki, qəbul olunacaq qanunlarda və yaxud qanunlardakı dəyişikliklərdə deputat həmkarları tənqidi fikirlər səsləndirsinlər. Bərk əsəbiləşirlər.

- Siz Elm və təhsil komitəsinin üzvü olmusunuz... Maraqlıdır, VI çağırış parlamentdə “Ali təhsil haqqında” qanun niyə qəbul olunmadı?

- Maraqlı sualdır. “Ali təhsil haqqında” qanunun müzakirəsi bir neçə sessiyanın iş planına salındı, dinləmələr keçirildi. Komitə iclasında birinci oxunuşa təqdim olundu. Lakin plenar iclasa çıxarılmadı.

- Səbəb nə idi, kimlər mane oldu?

- Çağımızda ali təhsilin qarşısına yeni tələblər qoyulur. Elm və Təhsil Nazirliyi isə qaydalarla işləməyə üstünlük verir. Qanunun qəbul olunmasına ciddi - cəhdlə maneçilik törətdilər və istəklərinə çatdılar. Bir məsələni deyim. Qanunda ali məktəblərə maliyyə muxtariyyətinin verilməsi nəzərdə tutulurdu. Həmçinin, milli kvalifikasiyaların çağımıza uyğun hüquqi əsasları qeyd olunmuşdu.

Qanun qəbul olunsaydı, nazirliyin Təhsilin İnkişafı Fondu 30-40 milyon manatdan məhrum olacaqdı, həmin milyonlar Elm və Təhsil Nazirliyinin əməkdaşlarının sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədilə xərclənir. Absurddur. Bəs ali məktəb müəllimlərinin sosial müdafiəsi? Məndə olan məlumata görə, nazir Emin Əmrullayev ali məktəblərdən qoparılan pullar hesabına təhsildəki yaxın dostlarına 150 min manat civarında bonus verib...

Elmlə bağlı atılacaq əsas addımlardan biri Ali Attestasiya Komissiyasının ləğv olunmasıdır. Sözügedən qanun layihəsində bu məsələ də nəzərə alınmışdı. İspan yazıçısı Arturo-Peres Revertenin sözüdür: “Vaxt gələcək, insanlara doğum haqqında şəhadətnamə ilə birgə alimlik diplomu da veriləcək”. Deyəsən, biz də həmin dövrü yaşayırıq. Maraqlıdır, spiker Sahibə Qafarova ali təhsilə bağlı şəxsdir, professordur, Slavyan Universitetinin prorektoru vəzifəsində çalışıb. Lakin “Ali təhsil haqqında” qanunun qəbul olunmasında onun maraqlı tərəf kimi çıxış etməsinin şahidi olmadıq.

- Bəs elm və təhsil haqqında qanunlarda edilən dəyişikliklərdə təəssüfləndiyiniz məqamlar varmı?

- Mən komitə və plenar iclaslarda şəhid övladlarının özəl orta məktəblərdə pulsuz təhsil alması barədə 3 dəfə təkliflə çıxış etmişəm. Amma təəssüf ki, dəyişikliklərdə şəhid övladlarının təhsil haqqından azad edilməsi əksini tapmadı.

- Etibar müəllim, deputatlıqdan sonrakı dövrdə nə işlə məşğulsunuz?

- Mən ötən əsrin 90-cı illərindən şəxsi kitabxana qururam, kitab təqdimatları keçirirəm. Elmin populyarlaşdırılmaşı işi ilə məşğulam. Ali məktəblərə 100-lərlə kitab hədiyyə etmişəm. 21-ci əsrdə dini dünyagörüş elmi dünyagörüşü üstələməməlidir. Televiziyalara elm proqramının yaradılması təklifini vermişəm. Ali məktəblərdə kitab təqdimatı və mütaliə klublarının yaradılması ideyalarını irəli sürmüşəm. Lakin bunların heç biri gerçəkləşməyib. “Məktəbli fəlsəfəsi” kitabımdan sonra “Elmin tarixi” kitabımı tamamlamq üzrəyəm. Digər bir kitab layihəm “Yəhudi və yapon elmi” haqqındadır. Kitabxanamda vaxt keçirmək mənə böyük məmnunluq gətirir. Tez-tez kitab mağazalarına gedirəm. Yeni aldığım kitabları cəmiyyətə təqdim edirəm.

- Ali məktəblərdən Sizə dərs deməklə bağlı təkliflər gəlibmi?

- Xeyr. Mən fəlsəfə üzrə fəlsəfə doktoruyam. “Elmin fəlsəfəsi” fənninin doktorantlara tədrisinin vacibliyi barədə bir neçə dəfə çağırış etmişəm. Fənnin proqramını da yazmışam. Lakin nəticə yoxdur. Düşüncə elmi olan “Fəlsəfə” elminin proqramlarının təcili yenilənməsini təklif etmişəm. Əvəzində “müdrik” universitet rektorlarının istəyi ilə bu elmi seçmə elm kimi tələbələrə verirlər...

- Sizcə, nəticə niyə yoxdur?

- Bizim mentalitetdə “vurulmuş adam” sindiromu var. Bu, cılız adamların ifadəsidir. Mən bir neçə keçmiş deputat tanıyıram ki, seçilməyəndən sonra onların hətta televiziyalarda çıxış etməsinə belə qadağa qoyublar...

Zəfər qazanmış ölkənin elmi və təhsili üçün çalışmaq şəxsi dirçəlişdir. Bu gün Azərbaycan cəmiyyətinin yoluxduğu əsas xəstəlik narsissizmdir. Bu xəstəliyə yoluxanlardan uzaq durmaq insana yaşamaq impulsu verir.

E.Rüstəmli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see202

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see170

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see168

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri