Icma.az
close
up
RU
Samir Abasov: Abubakar təcrübəsini göstərdi

Samir Abasov: Abubakar təcrübəsini göstərdi

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Neftçi" Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqib baş məşqçi Kaxaber Tsxadadzeni və "Qəbələ"ni təbrik edirəm. Onlar çox yaxşı komandadır. Qəbələdə oynamaq çətindir. Birinci hissə bunu göstərdi. "Qəbələ" bütün rəqiblərinə qarşı üstün futbol oynayıb. Hər futbolçu nə etmək lazım olduğunu yaxşı bilir.Öz oyunçularıma minnətdaram. Bilirdik ki, futbolçular ikinci hissədə açılışacaq. Heyəti də buna uyğun qurmuşduq. Azarkeşlərimizə təşəkkür edirəm. Yolumuza davam edirik.

- Elvin Camalov və Edvin Kuç uzun müddətdir oynamırdı. Onları start heyətində meydana buraxmaqla risk etmədiniz?

- Xeyr, risk deyildi. Bilirik ki, daim burada məşq edən komandanın üstünlüyü bizdən çoxdur. Mərkəzi möhkəmləndirməklə rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Oyunun əvvəlindəMetyunu düşünə bilməzdik. Bu atmosferdə, havada onu ilk dəqiqələrdən meydana buraxa bilməzdik. Hazırlıq səviyyəsinin nə qədər olduğunu bilirik. Düşünürəm ki, hər şey yaxşı alındı.

- Sessi Dalmeydanın oynamamasının səbəbi Qəbələnin havası ilə bağlıdır?

- Xeyr, səbəb bu deyil. Düşündük ki, Elvin buranl tanıyır, Kuç da uzun müddətdir bizimlədir. Onlar da bizim oyunçulardır. Həmişə Sessi oynayacaq deyə bir şey yoxdur. Bütün futbolçular hazır olmalıdır, oynamalıdır.

- Hücum xəttini dəyişəndən sonra dərhal bəhrəsini verdi. Bu, növbəti oyunlarda start heyətinin müəyyənləşdirilməsinə təsir edə bilər?

- Qərarları buna görə vermirik. Bir neçə dəfə olub ki, sonradan meydana daxil olan futbolçular effekt veriblər. Amma görürsüz ki, əsas heyətdə kimlər olur. Mənə futbolçuların hamısının yaxşı formada olması lazımdır. 

- Oyundan sonra Metyuya iradlarınızı bildirdiz. Ona nə dediyinizə bilmək olar?

- Heç bir iraddan söhbət getmirdi. Onun meydançadakı duruşu ilə bağlı istəklərimizi deyirdim.

- Oyunu iki hissəyə bölsək, Vensan Abubakar meydana daxil olandan sonra hər şeyin dəyişdiyini demək olar?

- Böləsi olsaq, birinci və ikinci hissəyə bölsək, daha yaxşı olar. Bəli, Abubakar təcrübəsini göstərdi. O da bizim oyunçumuzdu. İkinci hissədə rəqibə epizod vermədik. 

- Milli komandanın da qapıçısı olan Rza Cəfərova yayda təkliflər var idi, amma "Neftçi"də qaldı. Burada isə şans qazanmır. Onun başqa kluba göndərilməsi daha məqsədə uyğun olmazıd?

- Qərarları klub verir, biz veririk. Nəyin məqsədəuyğun olduğunu klub yaxşı bilir. İstəyirik ki, bütün mövqelərdə böyük rəqabət olsun. Yerli və ya legioner qapıçı fərq etməz. Biz də özümüzü düşünürük.

- Abubakar bu gün 20 dəqiqə oynadı. Fiziki durumu növbəti matçda daha çox oynamasına imkan verir?

- Oyundan asılıdır. Bəli, ola bilər. Elə futbolçular var ki, 45 dəqiqə meydanda qalır, məşqçi hər an ondan nəsə edəcəyini gözləyər. Abubakar həmin futbolçulardandır. Onun kimi oyunçularla bağlı qərarı sırf fiziki durumuna görə vermək düzgün deyil. Amma istədiyimiz odur ki, AAbubakar 90 dəqiqə oynamağa hazır olsun.

- Qəbul edirsiz ki, 9 tur ərzində 2 qələbə "Neftçi" üçün azdır?

- Əlbəttə qəbul edirəm. Amma biz durmadan təhlillər edirik. İlk 2-3 oyunda tam ideal vəziyyətdə deyildik. Nə itirdiksə, orda itirdik. Yaxşı oynayıb heç-heçə etdiyimiz matçlar da problemli görünmür. İlk oyunlarda qələbə qazana bilsəydik, bəlkə də bu gün ən yüksək yerlərdə idik. Özünüz də görürsüz ki, hər turda nə qədər heeç-heçələr olur. Bu, normal bir şeydir, belə də davam edəcək.Biz isə işimizi ancaq qalib gəlmək üçün quracağıq.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sportal.az
archiveBu xəbər 26 Oktyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri