Icma.az
close
up
RU
Bizim özünəməxsus yanaşmamız olacaq, hücum etmək istəyirik Ayxan Abbasov

Bizim özünəməxsus yanaşmamız olacaq, hücum etmək istəyirik Ayxan Abbasov

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Bizim özünəməxsus yanaşmamız olacaq, hücum etmək istəyirik" - Ayxan Abbasov

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində sabah Bakıda Fransa seçməsi ilə üz-üzə gələcək.

Qol.az sportal.az-a istinadla xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sabah seçmə mərhələdə sonuncu oyunumuzdur. Ağır qrupda idik. Fransa millisi qrupun lideridir. Səfərdə də ağır oyun olmuşdu. Amma həqiqətən orada futbolçularımızın mübarizəsi 70-ci dəqiqəyə qədər yaxşı idi. Bilirdik ki, sonlarda rəqib üzərimizə daha çox gələcək. Sabah heyətlərində dəyişikliklər ola bilər. Yeni futbolçular var, özlərini daha çox göstərməyə çalışacaqlar. Bizdə də itkilər var. Toral Bayramov da dünən zədələndi. Onun yerinə oynayacaq futbolçulara inanırıq. Azarkeş dəstəyi olacaq. İnanıram ki, futbolçularımız ən azından yaxşı mübarizə aparacaq. Bugünkü gündə belə rəqiblə mübarizə aparmağın özü də gələcəyimiz üçün yaxşılığa doğru addım sayıla bilər.

- Robert Prosneçkidən sonra gələn məşqçilərin üslubuna baxsaq, hamısı sizin kimi müdafiə taktikası ilə oynayırdılar. Sabah bəlkə "avtobus"u kənara qoyaq, hücum edək, başqa cür oynayaq. Müdafiə futbolundan uzaqlaşmaq mümkündür?

- Müdafiə deyəndə ki, bu gün baxsaq, görərik ki, Fransa ilə oyunda bütün rəqiblər çətinlik çəkir. İslandiya ilə oyunu deyirsizsə, 2 oyun arasında çox fərq var. "Avtobus", müdafiə futbolu deyirik. Bəlkə İslandiya matçı ən çox hücum etdiyimiz oyun idi. Qol epizodlarına da girdik. Əvvəl 1-2 epziod yaradıb, sevinirdiksə, son matçda 6 qol epizodumuz oldu. Biz də hücum etmək istəyirik, futbolçularımız da. Rəqibdən çox şey asılıdır. Əsas odur ki, sabah mübarizə aparaq. Futbolda ancaq hücum etmək deyə bir şey yoxdur. Çempionlar Liqasında oynayan komandalar həm hücum edirlər, həm də müdafiə olunurlar. Təəssüf ki, biz ancaq hücumu düşünürük. Relallığımızı qəbul etmirik. Bizim özünəməxsus yanaşmamız olacaq. Rəqibi analiz edərək, hücum etməyə çalışacağıq.

- Heyətdə itkilər var. Mahir Emreli, Elvin Cəfərquliyev, Toral Bayramov olmayacaq. Sol cinah müdafiəçisi mövqeyində oynaya biləcək yeganə futbolçu Rüfət Abbasovdur. Onun 90 dəqiqə oynamağa fiziki gücü yetəcək?

- Sol cinah müdafiəçilərinin belə zədələnməsi bizi çətin duruma saldı. Rüfət Abbasov İslandiyaya qarşı oynadı. İlk oyunu idi. Gənclərə şans verməliyik. Gəncləri milliyə görünüş üçün çağırmırıq. Çağırırıqsa, deməli onlara güvənirik. Xəyal Əliyev də pis təsir bağışlamadı. Dəyişiklik ola bilər. Futbolçuların durumuna baxacağıq. İslandiya ilə matçda ağır yükləndilər. Bu gün qərar verəcəyik.

- Şahruddin Məhəmmədəliyeevin cəzası bitib. Təcrübəsi digər qapıçılardan çoxdur. Sabah qapıda kimi görəcəyik?

- Bilirik ki,1-ci qapıçımız Şahruddindir. Aydın Bayramov işinin öhdəsindən gəlməyə çalışdı. Sabah qapıda Şahruddini görəcəyik.

- Toral Bayramovun zədəsi nə dərəcədə ciddidir?

- Əzələsində 1-ci dərəcəli dartılma var. 

- Didye Deşam bildirdi ki, Azərbaycan millisi inadkar komandadır. İbrahima Konate isə dedi ki, Azərbaycan Parisdə bizi təəccübləndirdi. Bəs nəticə ilə necə, Fransanı təəccübləndirə bilərik?

- Bütün rəqiblərə qarşı hazırlaşanda xal qazanmaq istəyirik. Müasir futbolda gözlənilməz nəticələr olur. Hər şey mümkündür. Futbolçular da xal qazanmağı çox istəyirlər. İslandiya ilə matçda qələbəyə köklənmişdik. Ukrayna və İslandiyanın qrupdan çıxmaq şansı var idi. Bəzi qruplara baxırıq, hardasa bir az zəif komandalar olur ki, daha çox xal qazanasan. Bizimki isə çox möhkəm qrup idi. Sabah inanancağıq. İnam olmasa, bu işi görməyə dəyməz.

- İslandiya ilə oyundan fərqli olaraq, sabah stadion tam dolu olacaq. Azarkeşlər ulduz futbolçuları görmək üçün gəlirlər. Onları necə təəccübləndirə bilərsiz?

- Klublarımızın, millimizin rəqibi böyük komandalar olanda fərq  olur. Çalışacağıq ki, mübarizə aparaq. Azarkeşlər dəstək olacaq. İslandiya ilə matçda da belə idi. Təki, onları sevindirək.

- Fransa millisinin heyətində çox dəyişiklik olacaq. Əvvəlki komanda olmayacaq, bir az zəif ola bilərlər. Sizin üçün prestijli zəfər əldə etmək üçün fürsət ola bilər?

- Rəqibimiz qrupdan çıxıb və yəqin ki, yeni oyunçulara şans verəcəklər. Amma o futbolçular da Avropanın ən böyük komandalarında oynayırlar. Özlərini göstərməyə çalışacaqlar. Meydanda kim oynasa da, fərqi yoxdur. Eyni mübarizəni aparacağıq.

- Azərbaycan millisi üçün sabah əsas motivasiya qaynağı nə olacaq?

- Fransa millisinin xala ehtiyac var ya yox meydana qələbə üçün çıxırlar. Motivasiyamız odur ki, böyük komandaya qarşı mübarizə aparaq. Böyük oyundur. Bu cür matçlarda mübarizə aparmaq gələcək üçün yaxşıdır.

- Deyirdik ki, milliyə yerli məşqçi gəlsin. İslandiya ilə oyundan sonra isə deyirlər ki, materialımız yoxdur, legioner limiti götürülüb. Millətlər Liqasına böyük ümidimiz var. Materialı necə dəyişəcəksiz? Ortaya necə yeni material çıxacaracaqsız?

- Material var. Sadəcə formada deyillər. Səbəbləri də bəlli deyil. Bu futbolçularımız tam formada olsalar, Millətlər Liqasında yaxşı mübarizə apara bilərik. Amma ora qədər vaxt var. Futbolçular formada olmalıdır, bunun üçün isə oynamaq lazımdır. Bu gün futbolçu milliyə hazır gəlməlidir. 3-4 günə onları hazır etmək olmur. Seçim imkanımız da olmalıdır. Futbolçular öz klublarında daimi oynamalıdır. Klubda mübarizəni udmalıdırlar. 4 hücumçumuzun dördü də formada olsa, rahat olardıq. Bu dəqiqə millimizin potensialı var.

- Yenə Fransa ilə oyundan əvvəl "Oser faciəsi"nin qəhrəmanlarından biri, hazırda "Turan Tovuz"da məşqçi kimi çalışan Yunis Hüseynov sizin "bostanınıza daş atıb". Bildirib ki, Ayxan Abbasov özünü gülünc vəziyyətə salır, fikirləri məşqçiyə yaraşmır. "Turan Tovuz" haqda danışmasın filan... Bu açıqlamaya münasibətiniz necədir?

- Gəlin, oyundan qabaq bu mövzulara toxunmayaq. Bütün klublar mənim üçün eynidir. Hər birinin məşqçilərinə hörmətlə yanaşıram, heç bir kluba hörmətsizlik etməmişəm.

- Milli komandanın direktoru İlqar Qurbanov hər oyun texniki zonada yanınızda əyləşir. Bunun səbəbi nədir? Maraqlıdır ki, sizin və köməkçilərinizin bacarmadığı, bilmədiyi nəyi bilir?

- Bütün dünyada idman direktorları oturur. Təəssüf edirəm ki, belə nələrisə axtarırıq. İlqar Qurbanovdan qabaq da başqa idman direktorları orada oturub. İlqar Qurbanovun ayrı işi var, köməkçilərimin ayrı işi, mənim ayrı işim.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Noyabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see237

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see230

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see215

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see212

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see172

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see155

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see150

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see147

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see144

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see142

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see142

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see141

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see138

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see138

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see136

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri