Icma.az
close
up
RU
Bizim reallıqda etdiklərimizə, siz xəyallarınızda belə yetişə bilmzəsiniz...

Bizim reallıqda etdiklərimizə, siz xəyallarınızda belə yetişə bilmzəsiniz...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycan elə indidən COP29-un hədəflərinə çatması üçün ciddi, nəticəyə hesablanmış addımlar atır. Birləşmiş Millətlər Təşkilatı kimi dünyanın ən böyük təsisatına üzv dövlətlərin iqlim dəyişikliyi problemlərinin müzakirəsi, onun həlli yollarını aydınlatmaq üçün məhz Bakını seçmələri qətiyyən təsadüfi hadisə deyil. Niyə? Fikrimcə, ilk növbədə Azərbaycan dünyada artıq beynəlxalq tədbirlərin təşkili və yüksək səviyyədə keçirilməsi örnəyini göstərib. Bundan əvvəl Azərbaycan Avropa oyunlarını, Qoşulmama Hərəkatının tədbirlərini, böyük idman yarışlarını və saysız-hesabsız ümumbəşəri əhəmiyyətə malik tədbirləri çox böyük uğurlarla gerçəkləşdirib. Digər tərəfdən də hər nə qədər bu tədbir BMT-nin olsa da Azərbaycan Respublikası onun məzmununa ciddi təsir göstərən kreativ təklifləri ilə onu mahiyyətcə və keyfiyyətcə daha da zənginləşdirir. Baxın, COP29-la bağlı əsas tədbirin keçirilməsinə sayılı günlər qalıb. Amma Bakıda baş tutan PreCOP tədbirlərində nə qədər ciddi mesajlar verilir, qərarlar qəbul olunur. Dünən başlayan Dünya Dini Liderlərinin Bakı sammiti də məhz bu mənada olduqca maraqlı anları ilə yadda qaldı. Planetimizdə bu qədər münaqişələrin, qan-qadanın olduğu zamanda belə yüksək səviyyəli yığıncaqların çox uğurla keçirilməsi və həmin platformalarda real və faydalı təkliflərin səsləndirilməsi bizim fərqliliyimizi də ortalığa qoyur.

Diqqət edin, COP29-la bağlı yaradılmış Azərbaycan təşkilat komitəsi necə müvəffəqiyyətlə fəaliyyət göstərir! İnsan heyran olur. Azərbaycanlı bacı-qardaşlarımızın bu qədər işgüzar, yüksək peşəkar keyfiyyətlərini görmək Türkiyə olaraq bizi çox qürurlandırır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi nəzarəti altında bu işlər sürətlə və keyfiyyətlə görülür. Biz I Vitse-Prezidentn Mehriban xanım Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev fondunun bu istiqamətdə atdığı addımları da fəxrlə müşahidə edirik. “Yaşıl dünya naminə” devizi altında keçirilən tədbirlərin uğurlu alınmasında fondun ciddi xidmətləri var və bu həqiqət danılmazdır. Azərbaycanda ətraf mühitin, təbiətin qorunması üçün çox işlər görülür, ölkə boyu keçirilən aksiyalarda  minlərlə ağaclar əkilir, gözəl parklar, meşə tipli yaşıllıqlar salınır. Bu işdə əməyi olan Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirliyini, nazir Muxtar Babyevi də təbrik edirəm. Azərbaycana gələn qonaqlar Bakıya daxil olarkən, hava limanından şəhərə gələrkən göz oxşayan yaşıllıqları, ölkə boyu artan meşələri görürlər. Ekoloji tarazlığın bərpası və ətraf mühitin hifz edilməsinə bu işlər gerçəkdən də böyük töhfələrdir. Mən həqiqətən də çox inanıram ki, dünya liderləri Bakıda toplaşaraq bəşəriyyətin faktiki olaraq üzləşdiyi ən böyük problem olan atmosferə buraxılan zəhərli istixana qazlarının miqdarının kəskin azaldılması üçün vacib qərarlar qəbul edəcəklər.  Bu məsələdə hər bir dövlətin üzərinə böyük məsuliyyət düşür. Bu iş çox ciddi maliyyə vəsaiti tələb edir. Dünya birliyi iradə nümayiş etdirməlidir ki, ümumbəşəri problem nəhayət ki, öz həllini tapsın. Bu bizim gələcəyimiz naminə çox vacib təşəbbüslər və çağırışlardır.

Yeri gəlmişkən, dünyada Azərbaycana qarşı COP29 ərəfəsində çox iyrənc və mahiyyətcə böhtan, hətta deyərdim ki, şantaj xarakterli kampaniyalar aparılır. Bunları edənlərə sadəcə ayıb olsun! Bu qədər insafsızcasına böyük nailiyyətləri və təşəbbüsləri olan dövləti hədəfə götürmək olarmı!? Bu qədərmi vicdanınızı itirmisiniz?! Mən əslində təəccüblənmirəm. Bizə bəslənən bu düşmənçilik hissləri əsla bizi sarsıtmır, tam əksinə  bizi daha da mətin edir. Azərbaycan xalqı hər mənada qəhrəman xalqdır. Heç şübhə etməyin, böyük keçmişi, zəngin mədəniyyəti, qədim tarixi və Türk dünyasında öz xüsusi yeri və çəkisi olan azərbaycanlılar öz dövlətlərini bundan sonra daha da böyüdəcək və gücləndirəcəklər. Zərrə qədər şübhəm yoxdur, Azərbaycan düşmənlərinin də bundan heç bir şübhəsi olmasın! Baxın, Türk dövlətləri bu gün də Bişkekdən dünyaya mesajlar verirlər. O mesajları da diqqətlə oxuyun və gün kimi aydın olan bir həqiqəti heç unutmayın, babalarımız necə deyiblər: Bizim reallıqda edəcəklərimizə, siz xəyallarınızda belə yetişə bilməzsiniz!

Uğurlar olsun, Can Azərbaycan!

Hulusi Kılıç,

Türkiyənin Aəzrbaycandakı sabiq fövqəladə və səlahiyyətli Səfiri,

“İMZA” İB-nin Türkiyə təmsilçisi   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see323

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see312

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see298

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see265

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see247

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see224

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see218

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see209

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see202

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see195

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see194

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see192

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see179

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see158

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see156

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see155

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see154

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri