Icma.az
close
up
RU
BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:16 iyulda baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

804-ci ilin bu günündə Birinci Rusiya-Qacarlar müharibəsi (1804-1813) başlanıb. Müharibənin ilkin nəticəsi olaraq imzalanan Kürəkçay müqaviləsinə (1805-ci il) əsasən, Azərbaycanın Qarabağ və Şəki xanlıqları Rusiyaya ilhaq edilib.
Bəs, iyulun 16-da dünyada daha hansı hadisələr baş verib?
1. 1940-cı ilin 16 iyulunda Adolf Hitler İngiltərəyə müdaxiləyə hazırlaşmaq haqqında əmr verdi. Bu əməliyyat “Dəniz şiri” adlanırdı. 
2. 1941-ci ilin 16 iyulunda alman qoşunları Rusiyanın Smolensk şəhərini ələ keçirdilər.
3. 1942-ci ilin 16 iyulunda alman generalı Rommel Afrikanın şimalında ingilis qoşunları tərəfindən məğlubiyyətə uğradıldı.
4. 16 iyul 1945-ci ildə Amerika Birləşmiş Ştatları Manhattan layihəsi çərçivəsində ilk dəfə Nyu Mexiko Alamoqordoda ilk atom bombasının sınaq partlayışını keçirdi. "Trinity" adı verilən testdən bir neçə həftə sonra ABŞ eyni tipdə nüvə bombasını Yaponiyanın Naqazaki şəhərinə atdı. Qeyd edək ki, Amerikanın nüvə bombasının yaradılmasında faşist Almaniyasından mühacirətə getmiş fiziklər iştirak ediblər.
5. 1975-ci ilin 16 iyulunda kosmosda “Soyuz” sovet kosmik gəmisinin Aleksey Leonov və Valeri Kubasovdan ibarət heyəti ABŞ-ın “Appallon” gəmisinin ekipajı Stafford, Sleyton və Brandla görüşdülər.
6. 16 iyul 1990-cı ildə Filipinin şimalında 7,7 bal gücündə zəlzələ oldu. Ölkə tarixinin ən şiddətli zəlzələsində təxminən 1500 adam həyatını itirdi.
16 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
1. Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan görkəmli siyasi xadim Şəmsəddin Eldəniz 16 iyulda hakimiyyətə gəlib. O son dərəcə maraqlı həyat yolu keçib.
 

Tarixi mənbələrə görə, balaca Şəmsəddin qul kimi Dərbənd bazarından alınıb və sonra İraqa aparılıb. Çox keçmədən bacarığı və fərasəti ilə Səlcuq sultanının vəziri Əbu Həmid Əli ibn Əhmədin diqqətini cəlb edib. Bilik və məharətinə görə Sultan Toğrul ona Əmir titulu verib və öz oğlunun atabəyi təyin edib. Sultan Toğrulun vəfatından sonra Şəmsəddin Eldəniz hökmdarın dul qadını Mömünə xatunla evlənib. 1136-cı ildə o, Aran (Şimali Azərbaycan) hakimi təyin olunub və Bərdəyə göndərilib. Bununla da Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin bünövrəsi qoyulub. (1136-1175)


2. Norveç Qütb tədqiqatçısı, ilk dəfə it qoşqusunda Cənub Qütbünə gedib çıxan Rual Amundsen  1872-ci ilin 16 iyulunda anadan olub. 1928-ci ilin bu günü Fransanın “Latam” hidrotəyyarəsində Nobile ekspedisiyasını axtarmağa uçan Amundsen barədə elə o vaxtdan heç bir məlumat alınmayıb. (1872-1928)
3. Türkiyənin ilk təyyarə dizayneri, “Hürkuş” adlı ilk yerli təyyarənin yaradıcısı Vecihi Hürkuş 1969-cu ilin bu günü 80 yaşında dünyadan köçüb. (1896-1969)  
4. 16 iyul 1913-cü ildə Azərbaycan estrada musiqisinin görkəmli nümayəndələrindən biri, Xalq Artisti Mirzə Babayevin doğum günü (1913-2003). Mirzə Babayev müğənnilik fəaliyyətinə ötən əsrin 40-cı illərin əvvəlində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.
5. 1934-ci ilin bu günündə Əməkdar Memar Rasim Əliyev doğulub. Görkəmli ziyalı, akademik Həsən Əliyevin ailəsində dünyaya göz açan Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun və Naxçıvan Hava limanının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.
6. 16 iyul 1949-cu ildə Əməkdar artist, bəstəkar, skripka ifaçısı Fərhəng Hüseynov (1949 – 16.2. 2010) anadan olub. Yaponiyada “İpək Yolu” müsabiqəsinin (1991) qalibi kimi “Kodayu” operasını yazıb, simfonik əsərlər müəllifidir.
7. 16 iyul 1958-ci ildə Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov (1958 – 6.9.2015) Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Filmlərin səsləndirilməsində iştirak edib.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 İyul 2026 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri