Icma.az
close
up
RU
BİZİM TƏQVİM:16 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:16 dekabrda baş vermiş tarixi hadisələr

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

16 dekabr 1991-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisində 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik günü elan edilməsi ilə bağlı qərar qəbul edilib.
Bəs, 16 dekabrda daha hansı hadisələr yaşanıb?
1. 16 dekabr 1991-ci ildə Azərbaycanda Dövlət Sərhəddinin Mühafizə Komitəsi yaradılıb.
2. 16 dekabr 1631-ci il tarixdə Avropada dəhşət yaşanıb. Belə ki, qitənin ən aktiv vulkanı Vezuvi püskürüb. Nəticədə, təxminən 4 min adam həyatını itirib.
3. 16 dekabr 1727-ci ildə Osmanlı impartorluğunda İbrahim Müteferrika tərəfindən ilk türkcə kitab olan "Vankulu lüğəti" basıldı.
4. İtaliyanın məşhur futbol komandası “Milan” məhz bu gün - 16 dekabr 1899-cu ildə yaradılıb.
5. NASA Exploler-16 peykini kosmosa göndərib. 1962-cı ilin 16 dekabrında kosmosa göndərilən peykin əsas məqsədi mikrometroidləri öyrənmək idi.
6. 16 dekabr 1978-ci ildə ABŞ-la ÇXR arasında ilk diplomatik əlaqə qurulur.
7. 16 dekabr 1920-ci ildə dünyanın ən dəhşətli zəlzələrindən biri olub. Çinin Qansu vilayətində olan zəlzələdə 200 min insan həyatını itirib.
8. 1967-ci ilin 16 dekabrında Amerika Birləşmiş Ştatlarının Stanford Universitetinin alimləri DNT zəncirini açıqlayıb təhlil etdilər.
9. Bu gün Qazaxıstan dövləti və xalqının milli bayramıdır. Keçmiş SSRİ-dən 1991-ci ildə ayrılan bu respublikanın istiqlaliyyəti dekabrın 16-da bəyan edilib.
10. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli sərəncamı ilə hər il 16 dekabr Azərbaycan Fövqəladə Hallar Nazirliyi İşçilərinin Peşə Bayramı kimi qeyd edilir.
Dekabrın 16-da bu şəxsiyyətlər xatırlanır:
1. 16 dekabr 2011-ci ildə SSRİ Xalq artisdi Firəngiz Əhmədova dünyasını dəyişib. Firəngiz Əhmədova XX əsr Azərbaycan vokal sənətinin ən tanınmış simalarından biri idi.
2. Tanınmış Azərbaycan boyakarı, Xalq rəssamı Qəzənfər Xalıqov 1898-ci ilin 16 dekabrında anadan olub. Yaradcılığının erkən dövründə “Molla Nəsrəddin” jurnalı və “Gənc işçi” qəzeti üçün karikaturalar çəkib. Nizami Gəncəvinin 800 illiyi ilə əlaqədar dahi şairin portretini yaradıb, “Xosrov və Şirin” poemasına illüstrasiyalar çəkib. Qəzənfər Xalıqov teatr və kino rəssamlığı sahəsində də fəaliyyət göstərib. (1898-1981)
3. 16 dekabr 1927-ci ildə tarixçi alim, akademik Cəmil Quliyev (1927 – 27.12.2010) dünyaya gəlib. Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Elmlər Akademiyasının vitse-prezidenti olub.
4. 16 dekabr 1934-cü ildə görkəmli şair, tərcüməçi, Əməkdar İncəsənət Xadimi Tofiq Bayram anadan olub (1934-1991).
5. Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova 1961-ci ilin bu günündə dünyaya gəlib. Uzun illər “Molodyoj Azerbaydjana” qəzetində çalışan jurnalist 1991-ci ildə Qarabağ münaqişəsilə əlaqədar yazılar hazırlamaq üçün Laçından Şuşaya gedərkən silahlı erməni ekstremistləri tərəfindən qətlə yetirilib. Xalq şairi Nəbi Xəzri “Salatın” rekviyem poemasını Salatın Əsgərovanın unudulmaz xatirəsinə həsr edib (1961-1991).
6. Bu gün dünya caz musiqisinin inkişafında əvəzsiz xidmətləri olan bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirə günüdür. O 1979-cu ilin 16 dekabrında 39 yaşında dünyasını dəyişib. (1940-1979). Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianoçusu olan Vaqif Mustafazadə “Leyli” adlı ilk qadın vokal kvartetinə, sonra isə “Sevil” vokal-instrumental ansamblına rəhbərlik edib.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Dekabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri