Icma.az
close
up
RU
BİZİM TƏQVİM:16 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:16 oktyabrda baş vermiş tarixi hadisələr

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini Ermənistanın işğalından azad edildi. 
Bəs, oktyabrın 16-da daha hansı hadisələr baş verib? 
1. 16 oktyabr 1806-cı ildə Rusiya və Osmanlı arasında yeni müharibə başladı. 
2. 1830-cu ilin bu günündə Rusiya işğalına qarşı 21 iyunda başlayan Zaqatala üsyanı yatırıldı. 
3. Cərrah Con Uorren tibb tarixində ilk dəfə olaraq 1846-cı il oktyabrın 16-da Boston xəstəxanasında narkoz altında əməliyyat aparıb. Efirin köməyilə yuxuya verilən Eilbert Ebbotun boynundakı şiş çıxarılıb.   
4. 1954-cü ildən 16 oktyabr – Ümumdünya Ərzaq Günü kimi qeyd olunur. Bu günlə əlaqədar tədbirlər bütün dünyada ərzaq çatışmazlığının qarşısını almaq üçün dövlətləri və təşkilatları səmərəli əməkdaşlığa çağırır.
5. 16 oktyabr 1959-cu ildə SSRİ-də ilk dəfə olaraq Moskvada yeraltı piyada keçidləri açıldı. 
6. 16 oktyabr 1964-cü ildə Çin ilk atom bombasını sınaqdan keçirərək ABŞ, SSRİ və İngiltərədən sonra dünyanın 4-cü nüvə gücü oldu. 
7. Polyak kardinal Karol Voytıla 1978-ci il oktyabrın 16-da II Jan Paul adı ilə papa seçildi və bu vəzifəni 27 il davam etdirdi. 
8.16 oktyabr 2002-ci ildə ABŞ prezidenti Corc Buş  konqresdən İraqa müharibə elan etmə səlahiyyəti aldı. 
9. 16 oktyabr 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan və Gürcüstan ərazilərindən keçən hissələri təntənəli mərasimlə birləşdirildi. 
16 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır: 
1. Almaniya Sosial – Demokrat Hərəkatı və İkinci İnternasionalın liderlərindən olan Karl Kautski 1854-cü ilin bu günü Çexoslavakiyanın paytaxtı Praqada dünyaya gəlib. 
2. Azərbaycanın görkəmli hərbi xadimi, general-leytenant Səməd bəy Mehmandarov 1856-cı il oktyabrın 16-da dünyaya gəlib. Səməd bəy Rusiya-Yaponiya müharibəsi zamanı 7-ci Sibir artilleriya diviziyasının komandiri olub. Port-Arturun müdafiəsi zamanı göstərdiyi igidliyə görə “Qızıl qılınc”la təltif edilib. 1918-ci ilin dekabrından 1920-ci ilin aprelinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri vəzifəsində çalışan bu istedadlı sərkərdənin Azərbaycan hərb sənətinin inkişafında, eləcə də hərbi kadrların hazırlanmasında xidmətləri əvəzsizdir(1856-1931). 
3. 16 oktyabr 1923-cü ildə Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev; 1923 - 8.7.2013) doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirin dəyərli nümunələrini yaradıb. BDU-nun müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub. 
4. 16 oktyabr 1926-cı ildə bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub. “Vaqif”, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir. 
5. 16 oktyabr 1935-ci ildə yazıçı və kinodramaturq Əli Qafarov (1935-1979) anadan olub. “Azərbaycanfilm”də çəkilmiş bir neçə bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli (“Mahnıya həsr olunmuş həyat”, “Sevinc sarayı”, “Dirçəldilmiş torpaq”, “Odla təmasda”) filmlərin ssenari müəllifidir. 
6. 16 oktyabr 1949-cu ildə ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi İsa Həbibbəyli anadan olub. Naxçıvan Dövlət Universitetinin rektoru işləyib. Milli Məclisin deputatı, 2022-ci ildən AMEA-nın prezidentidir. 
7. Azərbaycan leytenantı, Milli Qəhrəman Səfəralı Məmmədov 16 oktyabr 1963-cü ildə dünyaya gəlib.  
8. Vətən Müharibəsi Qəhrəmanı Orxan Cabbarov 16 oktyabr 1995-ci ildə anadan olub. 
9. Azərbaycan mayoru, Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürov 16 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib.  
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Oktyabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri