Icma.az
close
up
RU
BİZİM TƏQVİM:26 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:26 fevralda baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media saytına istinadən bildirir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib, soyqırımı törədiblər. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 197 nəfər itkin düşüb.
Bəs, fevralın 26-da dünyada daha nələr olub?
1. 26 fevral 1797-ci ildə İngiltərə Bankı ilk funt-sterlinqi tədavülə buraxıb.
2. 1815-ci ilin bu günündə Napoleon Bonapart Elba adasından sürgündən qaçıb.
 

3. 26 fevral 1921-ci ildə Sovet Rusiyası ilə İran arasında diplomatik münasibətlər haqqında müqavilə imzalanıb. Müqavilədə Xəzərdən istifadə haqqında bənd də yer almışdı. Çar Rusiyasının İrana tətbiq etdiyi əsas qadağalar (o cümlədən Xəzərdə hərbi donanma saxlamağa qadağa) yeni müqavilədə qüvvədə qalmışdı.


4. 26 fevral 1925-ci ildə "Tütün rejimi” ləğv edildi. 
5. 1926-cı ilin 26 fevralı Sovet dövründə Azərbaycanın paytaxtı Bakıda I Türkoloji Qurultay keçirildi.
6. Türkiyə kinosunun görkəmli aktyorlarından biri olan Tarık Akan 1985-ci ilin bu günü 35-ci Berlin film tədbirində Münsiflər Heyətinin Xüsusi Mükafatını aldı. Bu mükafat aktyora Zeki Öktenin rejissoru olduğu “Pəhləvan” (Pehlivam) filmdəki roluna görə verilib. Amma 12 Sentyabr Çevriliş Cəhdi zamanı mövqeyi ilə bağlı təhlükəli görünən Tarık Akana pasport verilmədi və o, mükafatı almağa gedə bilmədi.
7. 2004-cü ilin 26 fevralında Makedoniya prezidenti Boris Trajkovski və başçılıq etdiyi 8 nəfərlik heyəti daşıyan təyyarə Bosniya-Hersoqovinanın Mostar şəhəri yaxınlığında qəzaya uğradı və ölkənin rəhbəri dünyasını dəyişdi.
26 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. 1802-ci ilin bu günü romantizm cərəyanının görkəmli nümayəndəsi, Fransa yazıçısı Viktor Hüqo anadan olub(1802-1885).
2. 26 fevral 1892-ci isə məşhur musiqiçi Leopold Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə ailəsi ilə Bakıya köçüb, 1931-ci ilədək burada yaşayıb, Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda ilk simli kvartetin yaradıcılarından biri olub.
 

3. 26 fevral görkəmli Azərbaycan şairi Əli Tudənin xatirə günüdür. Hələ 13 yaşından onun şeirləri almanaxlarda, qəzetlərdə çap olunmağa başlayıb.  Cənubi Azərbaycanda Milli Hökumət qurularkən Maarif Nazirliyində Təhsil şöbəsinin müdiri işləyən Əli Tudənin ana dilində kitabların tərtib və çap edilməsində böyük rolu olub.İran tarixində ilk dəfə yaradılan filarmoniyanın - Təbriz filarmoniyasının əsasını qoyub. Milli hökumətin ən ali mükafatına – “21 Azər” medalına layiq görülüb. Bakıya köçəndən sonra da ədəbi fəaliyyətini davam etdirən Əli Tudənin 40-a yaxın kitabı nəşr olunub. (1924-1996)


4. 26 fevral 1927-ci ildə aktyor, rejissor, teatr təşkilatçısı Ələkbər Süheyli (1879-1927) vəfat edib. Akademik Dram Teatrında, Bakı Türk İşçi Teatrında çalışıb. Milli aktrisaların olmadığı illərdə qadın rollarını oynayıb.
5. Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayev 26 fevral 1968-ci ildə anadan olub.
6. Türkiyə Cümhuriyyətinin Prezienti Rəcəb Tayyib Ərdoğanın bu gün 70 yaşı tamam olur. O 26 fevral 1954-cü ildə Qasımpaşada anadan olub.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Fevral 2026 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri