Icma.az
close
up
RU
BİZİM TƏQVİM: 13 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 13 fevralda baş vermiş tarixi hadisələr

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

13 fevral Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin Peşə Bayramı Günüdür.  "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, paytaxtın rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Bəs, fevralın 13-də dünyada daha hansı hadisələr baş verib?
1. 13 fevral 1668-ci ildə İspaniya Portuqaliyanı müstəqil dövlət kimi tanıyıb.

2. 13 fevral 1739-cu ildə Nadir şah Əfşar Karnal döyüşündə monqol hökmdarı Məhəmməd şahı məğlub edib.

3. 13 fevral 1880-ci ildə Tomas Edison sonradan "Edison effekti" adını alan termoelektron emissiyası hadisəsini müşahidə edib.

4. 13 fevral 1895-ci ildə kinematoqrafiyanın banisi olan fransalı Ogüst Lümyer qardaşı Lui Lümyer ilə birlikdə hərəkətli təsvir əldə etmək üçün “Kinematoqraf” və ya “Sinmatoqraf” adlı aparatı kəşf ediblər. Bununla da dünya kinematoqrafiyasının əsası qoyulub. İlk pullu kinoseansın açılışı həmin ilin dekabrında Parisdə məhz Lümyer qardaşları tərəfindən həyata keçirilib.

5. 13 fevral 1960-cı ildə Fransa Əlcəzairin cənubundakı Tanezruft səhrasında özünün ilk atom bombasını sınaqdan keçirib.

6. 13 fevral 1971-ci ildə ABŞ ordusunun hava və artilleriya dəstəyi verdiyi Cənubi Vyetnam ordusu Laosu işğal edib.

7. 13 fevral 1984-cü ildə Yuri Andropovun vəfatından sonra Konstantin Çernenko Sov.İKP MK-nın baş katibi seçilib.

8. 13 fevral 1988-ci ildə Xankəndidə DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi tələbi ilə ilk mitinq keçirilib.

9. 13 fevral 1990-cı ildə Almaniyanın birləşdirilməsi ilə bağlı razılıq əldə olunub. Bu razılaşmaya əsasən birləşdirilmə prosesi həmin il sentyabrın 12-də ABŞ, Böyük Britaniya, Sovet İttifaqı, Fransa, Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası tərəfindən imzalanmış sazişə əsasən həyata keçirilib.

10. 13 fevral 1993-cü ildə Azərbaycan və İordaniya arasında doplomatik əlaqə qurulub.

11. 13 fevral 2001-ci ildə Salvadorda 400-dən artıq insanın ölümü ilə nəticələnən Rixter şkalası üzrə 6,6 bal gücündə zəlzələ baş verib.

12. 13 fevral Beynəlxalq Radio Günüdür. 19 oktyabr 2011-ci ildə keçirilən YUNESKO-nun Baş konfransında 13 Fevral Dünya Radio Günü kimi elan edilib.
Fevralın 13-də bu şəxsiyyətlər xatırlanır:
1. 13 fevral 2009-cu ildə Azərbaycan şairi Bəxtiyar Vahabzadə vəfat edib. O, Azərbayxan Dillər Universitinin (ADU) Filologiya fakültəsində təhsil alıb. Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

2. Azərbaycanlı teatr və kino aktyoru Əliabbas Qədirov 13 fevral 1946-cı ildə anadan olub (13.02.1946- 08.03. 2006). Sevilən aktyor 1989-cu ildə Azərbaycan SSR xalq artisti adına layiq görülüb.

3. Sevilən müğənni, Xalq artisti Nisə  Qasımova 1954-cü ilin 13 fevralında Bakı şəhərində anadan olub.

4. 13 fevral 1975-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Məmmədov anadan olub. 1995-ci il martın 15-də Qazax-Afstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olub. Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır. Məmmədov Xanoğlan Sadıq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Fevral 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see297

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see285

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see269

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see259

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see256

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see255

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see253

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see248

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see238

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see236

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see229

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see223

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see190

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see189

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see188

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see187

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see181

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see174

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri