Icma.az
close
up
RU
BİZİM TƏQVİM:Aprelin 17 də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 17 də baş vermiş tarixi hadisələr

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

17 aprel Ümumdünya Hemofiliya Günüdür. Bu gün dünyanın bir çox ölkəsində hemofiliyalı insanlara təsir göstərən problemlər barədə anlayış yaratmaq üçün toplantılar, idman oyunları, sərgilər və digər bu kimi tədbirlər təşkil edilir.
Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etmək və onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına dəstək olmaqdır. 1989-cu ildən bəri hər il 17 aprel Ümumdünya Hemofiliya Günü kimi qeyd edilir.
Bəs, 17 apreldə dünyada daha hansı hadisələr baş verib?
1. 1453-cü ilin 17 aprelində Fateh Sultan Mehmet İstanbul adalarını tamamilə fəth etdi.
2. 17 aprel 1897-ci ildə Osmanlı imperiyası ilə Yunanıstan krallığı arasında "Otuz günlük savaş" adlandırılan müharibə başladı.
3. Yaxın Şərqin qədim dövləti Suriya Fransa işğalı altında olsa da, 1946-cı ilin 17 aprelində istiqlaliyyətini elan etdi. Bir vaxtlar İslam xilafətinin mərkəzi olmuş Suriyanın yerləşdiyi ərazi əsrlər boyu hücumlara və işğala məruz qalıb. Bu ərazi romalılar və monqollardan tutmuş xaçpərəstlər və türklərə qədər hər kəs tərəfindən zəbt olunub.
4. 1915-ci ildə - I Dünya Müharibəsi zamanı Çanaqqala müharibəsində həyatını itirən türk əsgərlərinin xatirəsinə ucaldılacaq Çanaqqala şəhidləri abidəsinin təməli 17 aprel 1954-cü ildə qoyulub.
5. ABŞ-ın dəstəklədiyi sürgündəki kubalılar Fidel Kastronu devirmək üçün 1961-ci ilin 17 aprelində Kubaya hərəkət etdi.
6. 17 aprel 1972-ci ildə ABŞ-da Nikson rəhbərliyinin seçkilərdə siyasi rəqiblərini qeyri-qanuni dinlədiyi aşkara çıxarıldı.
17 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. 17 aprel 1790-cı ildə Amerika alimi, siyasətçi və yazıçı Bencamin Franklin (Benjamin Franklin) dünyasını dəyişdi.  
2. Azərbaycanın tanınmış bəstəkarı Zülfüqar Hacıbəyov 1884-cü ilin bu günü anadan olub. 
3. Azərbaycanın ilk qadın professoru Adilə Şahtaxtinskaya 17 aprel 1894-cü ildə dünyaya gəlib.
4. 17 aprel 1929-cu ildə Azərbaycanın tanınmış opera müğənnisi Lütfiyar İmanovu doğulub.
5. 2015-ci ilin bu günündə tanınmış Azərbaycan bəstəkarı, Əməkdar İncəsənət Xadimi, Xalq artisti, professor Ramiz Mirişli vəfat edib.
6. SSRİ tarixində özünəməxsus iz qoymuş Nikita Xruşşov 1894-cü ilin bu günü doğulub. 
7. Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, Xalq yazıçısı, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi  Mehdi Hüseyn 17 aprel 1909-cu ildə anadan olub.
8. Türkiyənin görkəmli siyasi xadimi, respublikanın 8-ci dövlət başçısı Turqut Özal 1993-cü ilin bu günü dünyasını dəyişib. 1980-ci ildən baş nazir, 1988-ci ildən ölkənin rəhbəri olan T.Özal Türkiyədə iqtisadi islahatların həyata keçirilməsində mühüm rol oynayıb (1929-1993).
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Aprel 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri