Icma.az
close
up
RU
Bizim uşaqlığımız harada qaldı?

Bizim uşaqlığımız harada qaldı?

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Biz uşaq olanda günəşin batmasını gözləyirdik. Bilirdik ki, hava qaralana qədər həyət bizimdir. "Yeddi şüşə”, "Ortada qaldı”, "Qızıl daş”, "Dondurma” oynayırdıq. Rezinka oynayanda kimin daha çox mərtəbə qalxacağına yarışırdıq. Arada oğlanlara qoşulur, banka qapağına qatran töküb onu uzağa atırdıq.

Oyuncaqlarımız da həmişə hazır olmurdu. Rəngli simlərdən üzük düzəldir, rəngli saplardan kuklalarımıza saç tikirdik. Mənim bir beşiyim var idi, kuklamı onda yatırdırdım. Bir kukla, bir beşik və bir az xəyal bizim üçün kifayət edirdi.

Yeni il və Novruz bayramlarında isə atamın iş yerindən verilən hədiyyə bileti ilə şəhərə çıxacağımız günü səbirsizliklə gözləyirdik. O gün bizim üçün adi bir gəzinti deyildi. Şəhərə çıxmaq, gəzmək, bayram ab-havasını hiss etmək uşaqlığımızın ən gözəl xatirələrindən biri idi.

Bizim uşaqlığımız belə keçib.

İndi isə uşaqların dünyası daha çox ekranların içindədir. Oyun tətbiqləri, videolar, sosial şəbəkələr... Uşaqlar uzaqda olan dostları ilə saniyələr içində əlaqə saxlaya, saatlarla virtual aləmdə vaxt keçirə bilirlər.

Sosial şəbəkələr isə sadəcə əyləncə vasitəsi deyil. Uşaqlar orada bir-birlərini izləyir, gördüklərini təkrarlayır, "trend"ə çevrilən davranışları mənimsəyir və bəzən özlərini başqaları ilə müqayisə etməyə başlayırlar. Nə geyinməli, necə görünməli, hansı davranışın "moda” olduğu belə sosial şəbəkələr vasitəsilə formalaşa bilir.

Bəlkə də bu səbəbdən məktəblər açılan kimi qarşımıza uşaqların makiyajı, uzun dırnaqları, geyimi, elektron siqaret görüntüləri və sosial şəbəkələrdə yayılan müxtəlif videolar çıxır.

Amma burada bir sual yaranır: uşaqları buna görə nə qədər günahlandıra bilərik?

Axı onlar gördüklərini öyrənirlər. Onların qarşısında bu qədər nümunəni kim və nə qoyur?

Biz isə uşaqlıqda dostumuzu görmək üçün onun evinə gedirdik. Həyətdə oynayır, mübahisə edir, barışırdıq. İndi isə uşaqlar bir-biri ilə virtual olaraq saatlarla "birlikdə” ola bilirlər, amma yanındakı insanla söhbət etməyə, küçəyə çıxıb oyun qurmağa daha az vaxt ayıra bilirlər.

Bəs bunun səbəbkarı kimdir – biz, yoxsa cəmiyyət?

Bəlkə də bir az bizik...

Çünki bizim uşaqlıqda arzuladığımız, amma sahib ola bilmədiyimiz çox şey indiki uşaqlar üçün əlçatandır. Biz özümüzün yaşamadıqlarını onların yaşamasını istədik. Onların istədiyi hər şeyi mümkün qədər tez əldə etməsinə çalışdıq.

Amma bəlkə də bilmədən uşaqlığın vacib hissələrindən birini əllərindən aldıq: gözləməyi, xəyal qurmağı, darıxmağı və darıxanda özlərinə oyun yaratmağı.

Biz bir kukla və bir beşiklə saatlarla oynayırdıq. İndi isə uşaqların qarşısında saysız-hesabsız oyuncaq, oyun, tətbiq, video və sosial şəbəkə var.

Biz onların hər istəyini reallaşdıraraq xoşbəxt etmək istədik. Amma xoşbəxtlik yalnız sahib olmaqdırmı?

Uşaqlıq həm də həyətdə dostunu gözləmək, yıxılıb dizini yaralamaq, uduzanda əsəbiləşmək, sonra yenidən oynamaq, birlikdə gülmək və barışmaqdır. Yəni uşaqlıq bir az da həyatı yaşamaqdır.

Bəlkə problem yalnız telefonda və ya sosial şəbəkədə deyil. Bəlkə problem uşaqlara təqdim etdiyimiz dünyadadır.

Bəlkə də uşaqlar dəyişməyib. Sadəcə onların qarşısındakı dünya dəyişib.

Və o dünyanı da bir az biz yaratmışıq.

Günel Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Sentyabr 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri