“Levante” “Atletik” matçı leysan səbəbindən təxirə salındı
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya La Liqasının altıncı turunda “Levante” və “Atletik” arasında keçirilməli olan matç güclü leysan səbəbindən təxirə salınıb.
İdman.Biz xəbər verir ki, “Syudad de Valensiya” stadionunda keçirilməli olan qarşılaşmanın baş tutmasına əlverişsiz hava şəraiti imkan verməyib.
Futbolçular məşqə çıxdıqdan qısa müddət sonra stadionun ot örtüyü su altında qalıb. Güclü yağış elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub, soyunub-geyinmə otaqlarından meydana aparan tunel isə keçilməz vəziyyətə düşüb. Su media nümayəndələri üçün nəzərdə tutulan zonanı da basıb.
Baş hakim Kintero Qonsales vəziyyəti qiymətləndirdikdən sonra matçın təxirə salınmasına qərar verib. Hər iki klub qərarla razılaşıb. Görüşün yeni tarixi daha sonra müəyyənləşdiriləcək.
“Bu gün oynamaq düzgün olmazdı. Biz matçı keçirməyə çalışdıq və əlimizdən gələni etdik. Ən məntiqli qərar onu təxirə salmaq idi”, – deyə “Atletik”in kapitanı İnyaki Uilyams bildirib.
Qeyd edək ki, güclü yağışlar səbəbindən Valensiyada narıncı təhlükə səviyyəsi elan edilib. Şəhər hakimiyyəti parkları bağlayıb və açıq havada keçirilməsi planlaşdırılan bir sıra tədbirləri ləğv edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 17 Sentyabr 2026 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















