1 milyard barel neft və 2,5 trilyon kub qaz tapıldı Qanada böyük kəşf
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qana Milli Neft Şirkəti (GNPC) ölkədə 1 milyard bareldən çox neft və 2,5 trilyon kub təbii qaz potensialını müəyyən etdiyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə GNPC-nin baş mühəndisi Emmanuel Boadum Donkor bildirib.
Onun sözlərinə görə, GNPC Coğrafi İnformasiya Sistemlərindən (GIS) istifadə edərək Tano hövzəsində 1 milyard bareldən çox neft və 2,5 trilyon kub təbii qaz potensialını müəyyən edib.
Donkor bildirib ki, GIS təhlilləri ilə əvvəllər kommersiya baxımından inkişaf etdirilməsi çətin hesab edilən resurslar mövcud neft və təbii qaz infrastrukturu ilə birləşdirilərək istehsala gətirilə bilər.
Donkor qeyd edib ki, bu resursların müstəqil layihələr kimi inkişaf etdirilməsi yüksək investisiya xərcləri tələb edəcək, mövcud infrastrukturdan ortaq mərkəzlər vasitəsilə istifadə isə inkişaf xərclərini azalda bilər. GIS texnologiyası quyular, boru kəmərləri, yollar, yaşayış məntəqələri və ekoloji cəhətdən həssas ərazilər kimi müxtəlif məlumatları bir araya gətirərək infrastruktur investisiyalarının planlaşdırılmasına kömək edir və GNPC məlumatlarının təxminən 80 faizi yer məlumatlarını ehtiva edir.
Donkor bildirib ki, Tano hövzəsində müəyyən edilmiş resursların hasilata cəlb edilməsi Qananın azalan neft hasilatının artmasına töhfə verə bilər.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 17 Sentyabr 2026 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















