“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “18 əsərin sehri” adlı təntənəli konsert proqramı təqdim ediləcək. Konsertdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və Xor qrupu geniş proqramla səhnə alacaq.
AZƏRTAC xəbər verir ki, konsertə Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru Mustafa Aşurov rəhbərlik edəcək.
Gecədə Əməkdar artistlər Almaz Orucova, Nərgiz Kərimova, Elnur Zeynalov, tanınmış solistlər Vəfa Vəzirova, Rəvanə Qurbanova, Anar Şuşalı, Fərid Əliyev, Taleh Yahyayev və Gülzar Fərəcova çıxış edəcəklər. Musiqili proqramda Əməkdar artist Xəyyam Məmmədov kamançada, Xatirə Kərimova isə sazda ifa edəcək.
Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və Xor qrupunun (xormeyster: Naala Barateliya) ifasında təqdim olunacaq proqramda Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri xüsusi yer tutacaq. Bununla yanaşı, Müslüm Maqomayev, Səid Rüstəmov, Qəmbər Hüseynli, Hacı Xanməmmədov, Süleyman Ələsgərov və Şəfiqə Axundovanın Azərbaycan musiqi xəzinəsinə daxil olan seçilən əsərləri də səsləndiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:325
Bu xəbər 15 Sentyabr 2026 03:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















