Icma.az
close
up
RU
Bəyanat, təzminat, apar at…

Bəyanat, təzminat, apar at…

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İmişli”yə öz meydanında məğlubiyyətdən sonra (2:3) “Neftçi”nin Samir Abasovla yollarını ayıracağı gözlənilən idi. Ən azı ona görə ki, 1 il 2 ay vaxt verilən baş məşqçinin gələcəyə ümid vermədiyi görünürdü.

Deyək ki, ötən mövsüm mükafatçılar arasında yer ala bilməməyi, avrokuboklara belə vəsiqə qazana bilməməyi güzəşt olundu, şans verildi, lakin…

Cari mövsümə hamıdan çox transfer etməklə başlayan komanda sırf Abasovun məqsəd və hədəflərinə uyğun formalaşdırılmışdı və bunu özü də açıqlamışdı. Bəs 12 tura 6 heç-heçə və 3 məğlubiyyətlə 8-ci yerdə qərarlaşmağa hansı klub yenə şans verər?

Təhlillər göstərirdi ki, Abasovla davam etmək bu və ya digər səbəbdən perspektiv vəd etmir. Odur ki, debütant “İmişli”yə də məğlub olmaq səbr kasasını daşırdı.

Dünən günün ikinci yarısında klubdan istefa xəbəri çıxdı. Belə bir bəyanatla.

Bəyanatı oxumağınız mütləqdir. Çünki bu tarixi hadisədir.

Hələ belə bəyanat görülməmişdi. Klubun baş məşqçini bu qədər hörmətsiz, urvatsız yola salması faktına rast gəlinməyib.

Bəyanatı oxudunuz?

Yazılıb ki, “14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub, o cümlədən komandanı tərk edən oyunçularla bağlı bütün qərarları baş məşqçi verib”.

Görün klub baş məşqçiyə necə qəzəblidirsə, ona belə münasibəti ictimailəşdirir.

“…klub onunla müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir” – məhz bu cümlədəki məsələ bütünlükdə bu analoqu olmayan bəyanata səbəb olub. Klub Abasovun vəd etdiklərini reallaşdıra bilməməsini istefası ilə “yuyacağını” gözləyərkən, gözlənilməz reaksiya ilə qarşılaşıb və istefaya göndəriləcəyi halda təzminat tələb edəcəyini bildirən baş məşqçini istefaya göndərib.

Güman ki, Abasovun öz hüquqi haqqını tələb etməsi onun gələcək karyerasına pis təsir edəcək. “Qara siyahıya” düşən məşqçilər arasına o da qoşuldu…

Mövzumuz bu deyil, bəyanatın yaranma səbəbi və reallığın miskinliyidir.

14 transferin hər birini baş məşqçinin istəyinə əsas edildiyini bildirən bir klub həvəskar addım atır. Bu, ciddi nöqsandır və “Neftçi” etdiyinin fərqinə varmalıdır.

Samiri ora yad ünsürlər yox, klub rəhbərliyi gətirib, özü də kollegial qərarla. Transferlərin onun istəyilə gətirilməsi aksioma olmalıykən bunu bəyanatda vurğulamaq..?!

Seçimdəki yanılma Samir və ondan əvvəl də olubsa, son uğursuzluqlardan artıq baş məşqçidən az olmayaraq klub idarəçiliyinin də yanlış olduğu dəqiqdir. Bəs əcəba, bu bəyanat bu reallıqdan yayındırma cəhdidirmi…?

Klub növbəti seçimdə səhih olmasa, onda baş məşqçini “qurban etmək” sadəcə bir ənənə olmuç olacaq.

Məsələnin klub tərəfindən panoramı bu formada qarışıqdır. Lakin baş məşqçi rakursundan da işlərin, yumşaq desək, bərk qarışdığı görünür.

Uğursuzluqların təsadüfi səbəblərdən olduğunu iddia etmək haranın məntiqidir, Abasov? Klub rəhbərliyinə əks-arqumentiniz budursa, onda 8-ci yerdə olmağınız başadüşüləndir…

Əfsus ki, hər iki tərəfin yanlışları üzündən ortaya çıxan bəyanat var və bu, çox pis oldu.

Futbol tanrısı betərindən qorusun…

Elçin Cəlilov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Noyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri