“Biznes akademiyası” layihəsinə start verilir FOTO
Icma.az, Milli.az saytına istinadən bildirir.
"Bakı KOB evi" və "Miniboss" biznes məktəbi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənəddə "Bakı KOB evi"nin nəzdində fəaliyyət göstərən Startap İnkişaf Mərkəzinin imkanlarından istifadə, "Biznes akademiyası" layihəsi çərçivəsində uşaqların biznes sahəsində biliklərinin artırılması və maliyyə savadlığına dair təlimlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Biznes akademiyası" layihəsi 10 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulur. Layihə çərçivəsində onlar üçün hər şənbə günü Startap İnkişaf Mərkəzində peşəkar mütəxəssislər tərəfindən biznes təlimlər keçiriləcək. İki ay davam edəcək akademiyada uşaqlar biznesə dair əsas anlayışlar barədə məlumatlandırılacaq, onların liderlik və sahibkarlıq, komandada işləmək və qərar qəbul etmə, tərəfdaşlarla danışıqlar aparmaq, ictimaiyyət qarşısında çıxış etmək bacarıqları inkişaf etdiriləcək, komanda şəklində startap layihələri üzərində işləyəcəklər. Proqramı başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcəkdir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 Yanvar 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















