Icma.az
close
up
RU
“Biznes Mərkəzi Klubu”nun qala gecəsi İlin ən yaxşıları seçildi

“Biznes Mərkəzi Klubu”nun qala gecəsi İlin ən yaxşıları seçildi

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Biznes Mərkəzi Klubu” yanvarın 28-də 2025-ci ilin ən möhtəşəm tədbirlərindən biri olan "Qala Gecəsi"ni təşkil edib.

Metbuat.az xəbər verir ki, tədbirdə 250-dən çox qonaq, o cümlədən rəsmi şəxslər, tanınmış şirkət rəhbərləri və media nümayəndələri iştirak edib.

Nizami Kino Mərkəzində keçirilən gecənin rəsmi hissəsi “Biznes Mərkəzi Klubu”nun sədri Rüfət Nadirlinin açılış nitqi ilə başlayıb. O, klubun nailiyyətlərindən bəhs edərək yeni layihələr barədə məlumat verib. Rüfət Nadirli bildirib ki, fevralın 20-21-də Bakıda “Biznes Mərkəzi Klubu» və Gbaru platformasının birgə təşkilatçılığı ilə Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçiriləcək. O, eyni zamanda Biznes Mərkəzi Klubunun tezliklə yeni rəsmi veb-saytının, radiosunun və hətta televiziya kanalının fəaliyyət göstərəcəyini vurğulayıb. Sədr qeyd edib ki, “Biznes Mərkəzi Klubu”nun qarşıdakı hədəfi sahibkarlığın inkişafına daha geniş miqyasda dəstək verməkdir.

Daha sonra millət vəkili Razi Nurullayev çıxış edərək Azərbaycanda sahibkarlığa verilən dəstək, bu sahədə prioritetlər və biznes mühitinin daha da inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər barədə danışıb. Millət vəkili “Biznes Mərkəzi Klubu”nun fəaliyyətini yüksək qiymətləndirərək, ölkədə sahibkarlığın inkişafına verdiyi töhfələri, innovativ biznes modellərinin təşviqini və startap ekosisteminin gücləndirilməsinə verdiyi dəstəyi vurğulayıb.

Çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov “Biznes Mərkəzi Klubu”nun fəaliyyətinə və sahibkarlıq istiqamətində gördüyü işlərə yüksək qiymət verdi. O, klubun sahibkarlar üçün yaratdığı imkanları, onların tanınmasına və inkişafına verdiyi töhfələri vurğulayaraq, bu cür təşəbbüslərin ölkədə biznes mühitinin inkişafına mühüm dəstəkverdiyini bildirdi.

Xəzər Media Mərkəzinin Reklam və Marketinq departamentinin direktoru Gökhan Özkundakçı çıxış edərək klubun fəaliyyətinə uğurlar arzuladı. O, Biznes Mərkəzi Klubunun sahibkarlıq ekosistemindəki rolunu yüksək qiymətləndirərək, media və biznes əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğuladı. Gökhan Özkundakçı, klubun sahibkarların inkişafına verdiyi dəstəyi təqdir edərək, bu təşəbbüsün ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyinə inandığını bildirdi. O, gələcəkdə media və biznes arasında daha sıx əməkdaşlıq imkanlarının yaradılmasının hər iki tərəf üçün faydalı olacağını qeyd etdi.

Tədbirin ən maraqlı hissələrindən biri də İlin ən yaxşıları"nın mükafatlandırılması mərasimi olub. "İlin biznes adamı" nominasiyasına Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov, "İlin Bankı" nominasiyasına Kapital Bank, "İlin uğurlu startapı" nominasiyasına Gbaru.com Platforması, "İlin tərəfdaşı" nominasiyasına ARAZ FM, "İlin media mərkəzi" nominasiyasına Xəzər Media Mərkəzi, "İlin ən yaxşı elektron ticarət platforması" nominasiyasına Trendyol, "İlin ən fəal assosiasiya şirkəti" nominasiyasına Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, "Yaşıl biznesin inkişafı" nominasiyasına ictimai xadim və sahibkar Nigar Ələsgərova, "İlin marketlər şəbəkəsi" nominasiyasına OBA, "İlin ən yaxşı tikinti şirkəti" nominasiyasına Sea Breeze, "İlin innovativ şirkəti" nominasiyasına Facemark, "İlin ixracat şirkəti" nominasiyasına Rəmzi-S, "Etibarlı tərəfdaş" nominasiyasına Muradlı-M, "İlin etibarlı sığorta şirkəti" nominasiyasına Meqa Sığorta Qrupu, "Ən yaxşı qadın sahibkar" nominasiyasına Başkent Restoranlar Şəbəkəsinin təsisçisi Mətanət Mədinəli, "İlin dost şirkəti" nominasiyasına Onur Plast, Qanun Mühasibatlıq Xidmətləri, City Park Mall, Dimora Craft və QSA MMC, "İlin Travel Şirkəti" nominasiyasına Flyblast Travel, "Ən yaxşı HR lideri" nominasiyasına Ummano.az, "Power CEO" nominasiyasına isə Caspian Flekso layiq görülüb. Bundan əlavə, sosial şəbəkələrdə keçirilən sorğular əsasında müəyyən edilən digər kiçik şirkətlər də mükafatlandırılıb.

Tədbirin musiqili hissəsində Mərdan Kazımov, Cahan Qrupu, Nuran və DJ Aqşin qonaqlara xoş əhval-ruhiyyə bəxş ediblər.

Biznes Mərkəzi Klubunun Qala gecəsinə media dəstəyini Report.az, Oxu.az, Fed.az, Fins.az, Moderator.az, Metbuat.az, 1news.az, Faktor.az, Businesstime.az, Marja.az, Milli.az, Redaksiya.az, Pressa.az və Bakues.az informasiya portalları göstərib. Tədbirin sponsorları isə Onur Plast, Aran İnşaat, Qanun Mühasibatlıq Xidmətləri, Vitam, Hanoğlu Baklava & Lokum, Hazel, Dimora Craft, Foto xalça və Nefertum Parfum olub.

Bu möhtəşəm tədbir sahibkarlığın inkişafına dəstək verməklə yanaşı, biznes mühitində yeni əməkdaşlıqların qurulmasına da töhfə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Yanvar 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri