Icma.az
close
up
RU
Biznesmen dayısına 1 milyon “atan” vəzifəli şəxs məhkəmə zalındaHƏBS EDİLDİ

Biznesmen dayısına 1 milyon “atan” vəzifəli şəxs məhkəmə zalındaHƏBS EDİLDİ

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şamil İsrafilovun (soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.
İttihama görə, Şamil İsrafilov etibardan sui-istifadə və aldatma yolu ilə Azərbaycan və Estoniyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı - Rusiya vətəndaşı, zərərçəkmiş Fərhad Məmmədovun etimadını qazanaraq ona məxsus külli miqdarda əmlak və pul vəsaitini ələ keçirib. O, müxtəlif illərdə zərərçəkmişin tam dəyərini ödədiyi yük avtomobilləri, yarımqoşqular və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yaşayış evini öz adına rəsmiləşdirərək ümumilikdə 247 275 manat dəyərində əmlakı mənimsəyib.
Daha sonra Şamil İsrafilov eyni üsulla 2021-ci ildə müxtəlif markalı yük avtomobillərini və yarımqoşquları da adına keçirərək əlavə 320 665 manat məbləğində, eləcə də həmin ilin sonlarında Nərimanov rayonunda mənzil alışı bəhanəsi ilə 374 000 manat məbləğində pulu ələ keçirməklə zərərçəkmişə ümumilikdə 941 940 min manat ziyan vurub.
Məhkəmə baxışı zamanı dindirilən Şamil İsrafilov özünü Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyib. O ifadəsində deyib ki, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olub və MMC-də təsisçi-direktoru kimi işləyib. Zərərçəkmiş şəxslə birgə biznes fəaliyyəti həyata keçirib, aralarında əvvəlcədən heç bir mübahisə və ya narazılıq olmayıb.
Onun sözlərinə görə, 2020-ci ildə Vətən müharibəsində iştirak etdikdən sonra işlərinə üçüncü şəxslər – Vilayət və Faiq adlı şəxslər müdaxilə etməyə başlayıblar. Təqsirləndirilən şəxs onların biznesə şərik olmaq istədiklərini, lakin buna razı olmadığını, daha sonra həmin şəxslərin onun barəsində əsassız şikayətlər verdiyini bildirib.
Şamil İsrafilov ifadəsində qeyd edib ki, guya ona 220 000 ABŞ dolları məbləğində pul verilməsi barədə iddialar tam uydurmadır, bu barədə heç bir fakt və sübut yoxdur. Təqsirləndirilən şəxs həmin pulu görmədiyini, onun verilməsi barədə göstərilən tarix və şəraitin də həqiqətə uyğun gəlmədiyini vurğulayıb. (Pravda.az)


Bizim.Media
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Oktyabr 2025 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri