Icma.az
close
up
RU
Bleyk Layvli Castin Baldoniyə qarşı cinsi qısnama ittihamından geri çəkildi Sensasion səbəb

Bleyk Layvli Castin Baldoniyə qarşı cinsi qısnama ittihamından geri çəkildi Sensasion səbəb

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Hollivud ulduzu Bleyk Layvli rejissor Castin Baldoniyə qarşı irəli sürdüyü cinsi qısnama və nüfuzuna xələl gətirmə iddiasının bir hissəsini sensasion şəkildə geri götürüb.

Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, bu qərarın səbəbi Layvlinin Baldoninin hüquq komandasının tələb etdiyi tibbi sənədləri təqdim etməkdən imtina etməsidir.

Rejissorun vəkili Brayan Fridman bildirib ki, Layvli qarşı tərəfi əvvəlcədən xəbərdar etmədən belə bir addım atıb və bu, tərəflər arasında gərginliyi daha da artırıb. Baldoninin hüquqşünasları aktrisanın iddianın geri çəkilən hissəsini sonradan yenidən qaldırmasından ehtiyat edirlər. Buna görə də Layvlinin rəsmi və qeyd-şərtsiz şəkildə iddiasından tamamilə imtina etməsi tələb olunur.

Hazırda Baldoni tərəfi məhkəməyə müraciət edərək ya Layvlinin tibbi sənədləri təqdim etməsini, ya da iddiasının tam şəkildə geri götürülməsini istəyir.

Öz növbəsində, Layvlinin hüquq komandası qarşı tərəfi məhkəmə prosesindən piar məqsədilə istifadə etməkdə ittiham edib:

"Biz məhkəmə üçün hazırlıq görür, işimizi optimallaşdırırıq. Onlar isə medianı başlıqlarla təmin etmək üçün can atırlar. Xanım Layvli özünün digər çoxsaylı şikayətləri çərçivəsində mənəvi zərər iddiasını davam etdirir".

Qeyd edək ki, 2024-cü ilin sonunda Layvli Castin Baldoniyə qarşı cinsi qısnama və böhtan kampaniyası təşkilində ciddi ittihamlarla məhkəməyə müraciət etmişdi. Aktrisa iddia edib ki, çəkiliş zamanı tərəf müqabili onu lazım olduğundan xeyli çox öpüb. Eyni zamanda, aktrisa rejissoru çəkisi ilə bağlı təhqiramiz ifadələr işlətməkdə də günahlandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 İyun 2025 03:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri