Icma.az
close
up
RU
Blinken israilli nazirlə Qəzzadakı vəziyyəti müzakirə edib

Blinken israilli nazirlə Qəzzadakı vəziyyəti müzakirə edib

ABŞ Dövlət katibi Antoni Blinken İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə Qəzzadakı müharibənin sona çatdırılması məsələsinin vacibliyini müzakirə edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” platformasındakı paylaşımında bildirib.

“O, Qəzzadakı humanitar vəziyyətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməsini vurğulayıb və bütün girovların evlərinə qayıtması və müharibənin sona çatdırılması məsələsinin vacibliyini müzakirə edib” - deyə paylaşımda qeyd edilib.

seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri