Icma.az
close
up
RU
Blinkenin görüntü xarakterli görüş təklifinin mənası yoxdur RƏY

Blinkenin görüntü xarakterli görüş təklifinin mənası yoxdur RƏY

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan regionda sülh və sabitliyin bərqərar olmasında maraqlıdır. Hazırda ölkəmizlə Ermənistan arasında sülh sazişinin layihəsi üzrə təmaslar davam edir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan qarşı tərəfə sülh sazişi imzalamağı təklif edib. İki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı müəyyən beynəlxalq aktorlar, bəzi böyük dövlətlər vasitəçilik təşəbbüsü ilə çıxış ediblər. Məsələn, Avropa İttifaqının, Rusiyanın, Almaniyanın bu yöndəki fəaliyyətini xatırlada bilərik. ABŞ da belə təşəbbüslər irəli sürən dövlətlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi layihəsinin müzakirəsi ilə bağlı bir neçə görüşü ABŞ-də baş tutub. Bundan əlavə, ABŞ rəsmiləri mütəmadi olaraq Azərbaycana və Ermənistana səfərlər edib, münasibətlərin normallaşdırılması üçün müxtəlif təkliflər veriblər. Azərbaycan regionda sülh naminə beynəlxalq təşəbbüsləri dəstəkləyib. Lakin bu təşəbbüslər birtərəfli olmamalı, beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanmalıdır”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib. 

Deputat xatırladıb ki, 2020-ci ildə baş vermiş  Vətən müharibəsi, o cümlədən ötən il Qarabağdakı anti-terror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan qarşıdakı mərhələdə regionda təhlükəsizlik arxitekterasının formalaşması istiqamətində addımlar atır: “Dünya birliyi də məsələnin mahiyyətini  obyektiv şəkildə dəyərləndirməlidir. Təbii ki, məsələnin real həllində maraqlı olan tərəflər həm də bu sülhün möhkəmliyi üçün səy göstərməlidir. Lakin biz görürük ki, beynəlxalq aktorlar vasitəçilik edərkən bir çox hallarda neytrallığı pozurlar. Xüsusilə, ötən ilin sentyabrında Qarabağda anti-terror əməliyyatından sonra bu vəziyyət özünü daha qabarıq şəkildə büruzə verdi. Qarabağda erməni separatizminin ləğv olunmasını dəstəkləmək əvəzinə, Avropa İttifaqı yanlış mövqe sərgilədi. Eləcə də ABŞ Dövlət Departamenti, o cümlədən Konqresin bir sıra üzvləri qərəzli yanaşma ortaya qoydular. Konqresdə məlum dinləmələrin keçirilməsini, orada Dövlət Departamentinin nümayəndələrinin qərəzli çıxışlarını unutmamışıq. Təbii ki, qərəzli mövqe ortaya qoyan tərəflər sülh prosesində obyektiv vasitəçilik edə bilməzlər. Buna görə də rəsmi Bakı haqlı olaraq Maltada keçirilən ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini qəbul etməyib. İndiyə kimi baş verən proseslər Bayden Administrasiyasının Azərbaycana qarşı ədalətsiz davranışlarını sübut edib. Digər tərəfdən artıq bir aydan sonra Bayden Administrasiyası hakimiyyətdən gedəcək. Bu baxımdan, Blinkenin sadəcə görüntü xatirinə görüş təklifinin heç bir mənası yoxdur. Hadisələr sübut edir ki, sülh prosesində tərəflərin  vasitəçi olmadan, birbaşa təmasları daha nəticə yönümlüdür. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı görülən işlər, eləcə də sülh sazişinin böyük hissəsinin razılaşdırılması da bunu təsdiqləyir. Buna görə də birbaşa təmasların bundan sonra da davam etdirilməsi vacibdir”. 

Aytəkin Qardaşova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əgər Avropa Birliyi bundan imtina etməsə... Ağ Ev

30 İyun 2025 21:07see153

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see140

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see134

Evdən döyülərək çıxarıldılar Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI

01 İyul 2025 01:07see130

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see129

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see129

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see128

Duyğusal yükdən necə azad olaq? Psixoloqdan MƏSLƏHƏT

01 İyul 2025 05:00see124

Ağ Ev: TikTok un satışı ilə bağlı Çinlə danışıqlar yüksək səviyyədə aparılır

01 İyul 2025 02:53see123

Şahin Şahbazov vəzifəsindən ayrıldı

30 İyun 2025 23:02see122

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see122

Ağ Ev: Aİ rəqəmsal vergidən imtina etməsə, ABŞ cavab tədbirləri görəcək

30 İyun 2025 20:41see122

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see122

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see118

17 yaşlı Kadırovun toyuna kimlər gedib?

30 İyun 2025 23:43see118

“Qarabağ”dan böyükhesablı qələbə

30 İyun 2025 21:08see117

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see115

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see112

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see112

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri