Icma.az
close
up
RU
Bu içkilərin tərkibi və hazırlanma şəraiti sağlamlıq üçün risk yarada bilər Ekspert AÇIQLADI

Bu içkilərin tərkibi və hazırlanma şəraiti sağlamlıq üçün risk yarada bilər Ekspert AÇIQLADI

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yay aylarında sərinləşdirici içkilərə, xüsusilə kokteyllərə olan tələbat artır. Parklarda, bulvarda, gəzinti yerlərində və şəhər küçələrində tez-tez rəngarəng içkilər satan stendlərə rast gəlmək olur. İnsanlar istidən qorunmaq və susuzluqlarını yatırmaq üçün bu içkilərə üstünlük verirlər.

Bəs bu rəngarəng içkilərin hansısa zərərləri varmı?

Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov bildirdi ki, yay aylarında küçələrdə satılan rəngarəng, sərinləşdirici içkilər nə qədər cəlbedici görünsələr də, onların bəzi ciddi zərərləri ola bilər:

"Bu içkilərin tərkibi və hazırlanma şəraiti sağlamlıq üçün risk yarada bilər. İçkilərin hazırlanmasında süni rəngləndiricilərdən istifadə olunur. Bu içkilərdə istifadə olunan süni boya maddələri allergik reaksiyalara, mədə-bağırsaq problemlərinə və uzunmüddətli istifadədə bəzi toksiki təsirlərə səbəb ola bilər. Xüsusilə, E102, E110, E129 kimi rəngləndiricilər uşaqlarda hiperaktivlik və diqqət pozğunluğu yaradır. Təbii meyvə əvəzinə süni aromalar və dadvericilərin istifadəsi qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər".

Qida eksperti əlavə etdi ki, ən əsas məsələlərdən biri gigiyenadır:

"Küçədə satılan içkilər çox zaman gigiyenik şəraitə riayət olunmadan hazırlanır. Su mənbəyi, buzun təmizliyi və istifadə olunan qablar infeksiya riskini artırır. Bu ishal, qida zəhərlənməsi və hətta hepatit A ilə nəticələnə bilər. Bu içkilər çox zaman şəkərlə yüklənmiş olur, bu da qısa müddətdə susuzluğu aradan qaldırsa da, uzun müddətli istifadədə isə çəki artımı, insulin müqaviməti, diş çürüməsi, qan şəkərinin yüksəlməsi kimi problemlərə səbəb ola bilər. Günəş altında saxlanılan plastik butulkalarda içkilərin tərkibinə BPA və digər zərərli maddələr qarışa bilər, bu da hormon sisteminə təsir edə bilər".

Fərid Sərəfov sərinləmək istəyənlərə öz tövsiyəsini də bildirdi:

"Ev şəraitində hazırlanmış ayran, mineral su, nanəli və ya meyvəli buzlu çay daha sağlam seçimdir. Təbii meyvələrdən hazırlanmış şəkərsiz kompot və ya "smoothie" də həm faydalı, həm də sərinləndirici təsirə malikdir. İsti havalarda təkcə sərinlik yox, eyni zamanda sağlamlığınızı da düşünmək vacibdir", - deyə müsahibimiz qeyd etdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyul 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri