Rus bölməsinə müraciət edənlər arasında kəskin azalmalar var Ekspert səbəbi AÇIQLADI
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Verilən məlumatlara görə, yaxın üç ildə rusdilli məktəblər Azərbaycan dilində tədrisə keçəcək, müəllimlərin ixtisasartırma kursları təşkil olunacaq.
Məsələ ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirdi ki, Azərbaycanda təhsil qanunvericiliyə əsasən həyata keçirilir:
"Qanunvericiliyə əsasən tədris dili Azərbaycan dilidir. Digər dillərdə də qanunlara əsasən tədris təşkil oluna bilir. Hazırda ölkədə 4252 dövlət ümumtəhsil məktəbi var. Rus bölmələrində kadrla bağlı ciddi problemlərimiz var. 5–11-ci siniflərin fənn müəllimlərində çatışmazlıq mövcuddur. Valideynlər bunu görürlər. Son illərdə rus bölməsinə müraciət edənlər arasında kəskin azalmalar var. Rus bölməsinə müraciət etmək istəyənlər belə Azərbaycan bölməsini seçir. Sektorda çalışanlar təqaüd yaşına çatıb təqaüdə çıxırlar. Yeni kadrlar rus bölməsinə az sayda gəlir".
Təhsil eksperti qeyd etdi ki, son günlər Rusiya ilə baş verən gərginliklərin təhsilə və rus bölməsində oxuyanlara heç bir aidiyyəti yoxdur.
"Azərbaycan Respublikası hüquqi dövlətdir. Təhsil prosesi də qanun və qaydalarla həyata keçirilir. Hansısa dövlətlə münasibətlərimizin isti və ya soyuq olmasına baxmayaraq, burada təhsil alanlar Azərbaycan vətəndaşıdırlar. Birmənalı şəkildə mətbuatda və sosial şəbəkələrdə məlumatların yayılması və bunun rus bölməsinə ciddi təsir edəcəyi fikri yalnışdır və qəbul edilən deyil", - deyə Elşən Qafarov bildirdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 02 İyul 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















