Yeni təlim məşq bazasının açılış mərasimi keçirilib FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Azərbaycan Güləş Federasiyası (AGF) maddi-texniki bazanın gücləndirməsi istiqamətində fəaliyyətini davam etdirir.
İdman.biz xəbər verir ki, bu gün federasiyanın yeni təlim-məşq bazasının açılış mərasimi keçirilib.
Tədbirdə GİN, AGF rəsmiləri və məşqçilər iştirak edib. AGF-nin vitse-prezidenti Namiq Əliyev, AGF-nin İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Namiq Abdullayev, AGF-nin baş katibi Nəsimi Musayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Yaşar Rzayev, eləcə də sərbəst güləş üzrə U17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov çıxış edərək ürək sözlərini çatdırıb, yeni bazanın sərbəst güləşimizin inkişafına böyük təkan verəcəyini bildiriblər.
Xətai rayonunda yerləşən güləş mərkəzi yeniyetmə sərbəst güləşçilərin ixtiyarına verilib. Təlim-məşq bazası inventarla tam şəkildə təmin edilib. 315 kvadratmetr ərazisi olan güləş mərkəzində məşqçi və fitnes otaqları, qazanxana, məşqçilər və idmançılar üçün sanitar qovşağı mövcuddur.
Qeyd edək ki, güləş mərkəzində son illər beynəlxalq arenalarda qazandıqları uğurlarla diqqət cəlb edən U15 və U17 milli komandaların təlim-məşq prosesləri keçiriləcək.
İdman.biz
Baxış sayı:64
Bu xəbər 02 İyul 2025 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















