Icma.az
close
up
RU
BMA nın İxtisas musiqi məktəb studiyası şagirdlərinin Qarabağ Universitetində “Zəfər” konserti

BMA nın İxtisas musiqi məktəb studiyası şagirdlərinin Qarabağ Universitetində “Zəfər” konserti

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyası şanlı Zəfər tariximizə həsr olunmuş bir sıra əhəmiyyətli tədbirlər həyata keçirib. Bu layihələr arasında Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetin İncəsənət fakültəsinin Böyük zalında Məktəb-studiya şagirdlərinin iştirakı ilə təşkil olunan konsert proqramı xüsusi önəm kəsb edib. Bu konsert dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilən tədbirlər sırasına daxildir.

Bu barədə AZƏRTAC-a Üzeyir Hacıbəyli adına BMA-nın İxtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi, musiqişünas Şəfəq Hacıyeva məlumat verib.

Bildirib ki, Qarabağ Universitetində Azərbaycan musiqi və incəsənət məktəbləri arasında ilk olaraq məhz BMA-nın İxtisas musiqi məktəb-studiyası səfər edərək öz pedaqoji və yaradıcı fəaliyyətini təqdim edib. Məktəb-studiya şagirdlərinin konsertinə Qarabağ Universitetinin İncəsənət fakültəsinin rəhbər şəxsləri də xüsusi iştirakları ilə dəyər qatblar. Tədbirdə fakültənin dekanı, bəstəkar Türkər Qasımzadə, dekan müavini, musiqişünas Gülxanım Əsədova və kafedra müdiri, tarzən Arslan Növrəsli iştirak ediblər.

İlk olaraq, professor Türkər Qasımzadə bu tədbirin olduqca əlamətdar xarakter daşıdığını söyləyib. O, Qarabağ Universitetinin İncəsənət fakültəsi ilə İxtisas musiqi məktəb-studiyasının əlaqəli şəkildə fəaliyyət göstərməsini və bu əməkdaşlığın gələcək illərdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Məktəb-studiyanın yaradıcısı və 40 ildən artıq bu müəssisəyə rəhbərlik etmiş, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun Azərbaycan musiqi elmi və mədəniyyəti üçün göstərdiyi yenilikçi fəaliyyətindən bəhs edib. O, həmçinin hazırda müəssisənin direktoru, dosent Sevda Məmmədovanın rəhbərliyi ilə bu ənənələrin qorunub saxlanılması və uğurla inkişaf etdirilməsini vurğulayıb.

“Zəfər” bayramına həsr olunmuş konsert Məktəb-studiyanın müəllimi Şəfəq Hacıyeva tərəfindən açıq elan edilib. O, konsertin mahiyyətindən söz açaraq, Zəfər tariximizi, qəhrəmancasına döyüşən şəhidlərimizi, eyni zamanda qazilərimizi hörmətlə anıb.

Rəngarəng musiqi nömrələri ilə seçilən tədbirdə müxtəlif ixtisaslar üzrə təhsil alan gənc musiqiçilər uğurlu çıxışları ilə dinləyicilərin ruhunu oxşayıblar.

Tədbirin sonunda BMA-nın İxtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədovaya əvvəlcə Qarabağ Universitetinin İncəsənət fakültəsinin rəhbərliyinə yaradılan şərait və göstərilən səmimi qarşılanmaya görə dərin minnətdarlığını bildirib. Xalqımızı şanlı Zəfər bayramı münasibətilə bir daha ürəkdən təbrik edib, bu tarixi uğurun əhəmiyyətini xüsusi vurğulayıb.

Qeyd edək ki, BMA-nın İxtisas musiqi məktəb-studiyasının əsas amalı Azərbaycan musiqi elmi və mədəniyyətinə ləyaqətlə xidmət etmək və onu nəsildən-nəsilə ötürməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri