Icma.az
close
up
RU
BMA nın məktəb studiyası şagirdlərinin elmi ifaçılıq konfransı

BMA nın məktəb studiyası şagirdlərinin elmi ifaçılıq konfransı

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 14 may, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası İxtisas musiqi məktəb-studiya şagirdlərinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunan elmi-ifaçılıq konfransı keçirilib.

Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, məktəb-studiyanın elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva tədbirin əhəmiyyətindən danışıb. Heydər Əliyev lider kimi səciyyələndirməklə bərabər onun incəsənətə, o cümlədən uşaqlara qarşı olan xüsusi diqqət və qayğısı A.Baxşiyevanın çıxışında və hazırladığı videoçarxda diqqətə çatdırılıb.

Bildirilib ki, professor Tərlan Seyidovun müəllifliyi ilə gerçəkləşən məktəb-studiyanın elmi-ifaçılıq konfransları və müsabiqələri musiqi təhsilinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu formatda təşkil olunan tədbirlər şagirdlərin ifa etdikləri musiqi əsərləri və onların müəllifləri barədə elmi və tarixi biliklər əldə etmələrinə şərait yaradır, estetik dünyagörüşlərini genişləndirir və musiqi materialını dərin mənimsəməklə bədii ifa bacarıqlarının inkişafına töhfə verir.

Tədbirdə məktəb-studiyanın müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri ifa etdikləri əsərlər barədə həm tarixi, həm də nəzəri məlumatları diqqətə çatdırmaqla yanaşı, paralel olaraq müvafiq parçaları ifa etməklə məruzələrinə rəng qatıblar.

İllər öncə professor Tərlan Seyidovun layihəsi əsasında reallaşan elmi-ifaçılıq konfransı hər il olduğu kimi, bu il də rəngarəng proqramla özünün yüksək əhəmiyyətini nümayiş etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri