Icma.az
close
up
RU
BMA nın İxtisas musiqi məktəb studiyasının 45 illiyinə həsr olunmuş konsert təşkil edilib

BMA nın İxtisas musiqi məktəb studiyasının 45 illiyinə həsr olunmuş konsert təşkil edilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 iyul, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Kiçik zalında İxtisas musiqi məktəb-studiyasının şagirdlərinin iştirakı ilə növbəti konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, sözügedən tədbir məktəb-studiyanın yaradılmasının 45 illiyinə həsr olunub və özünəməxsus zəngin musiqi proqramı ilə yadda qalıb.

Konsert proqramı məzmununa və ifa səviyyəsinə görə olduqca rəngarəng olub. Proqramda Azərbaycan və dünya bəstəkarlarının müxtəlif üslub və janrlarda yazılmış seçmə əsərləri səsləndirilib. Bu musiqi çələngi gənc ifaçıların texniki bacarıqlarını, musiqi duyumunu və estetik zövqünü nümayiş etdirməklə yanaşı, onların pedaqoqları tərəfindən görülmüş ciddi metodik və yaradıcı işin də göstəricisi idi.

Tədbirdə iştirak edən şagirdlər fortepiano, violin və vokal ixtisasları üzrə təhsil alan, gələcəyin peşəkar musiqiçiləri kimi yetişən gənclərdir. Onların hər birinin ifası başda məktəb-studiyanın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova olmaqla müəllimlərin diqqətli və məsuliyyətli hazırlıq prosesindən, valideynlərin dəstəyi və övladlarının sənət yoluna olan marağından qaynaqlanırdı. Auditoriyada əyləşən müəllim və valideynlər ifaları böyük maraq və qürur hissi ilə izləyir, hər bir çıxışı alqışlarla qarşılayırdılar.

Sonda tədbir iştirakçıları – həm gənc ifaçılar, həm də onları hazırlayan müəllimlər və dinləyicilər konsertdən məmnun qaldıqlarını ifadə ediblər. Bu kimi tədbirlər, təkcə gənc musiqiçilərin səhnə təcrübəsinin formalaşmasına deyil, həm də musiqi təhsili sistemində ənənələrin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri